Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb” – NAZIR

“Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb” – NAZIR

“Bu gün Beynəlxalq Avtovağzaldan sərnişin daşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Onların sayı gün ərzində 3 000 – 4 000 nəfərdən 300 nəfərə düşüb”.
Bunları Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
R.Quluzadə əlavə edib ki, hazırda bütün avtovağzallar və nəqliyyat vasitələri dezinfeksiya olunur:
“Tətbiq edilən karantin rejimi ilə əlaqədar şəhərdaxili nəqliyyat vasitələrindən istifadə edənlərin sayı 80% azalıb. Əgər əvvəllər nəqliyyat vasitələrindən 1,5 mln nəfər vətəndaş istifadə edirdisə indi bu göstərici 52 minə düşüb”.

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …