Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / SƏFİRİMİZ PAKİSTANIN BAŞ NAZİRİ NƏVAZ ŞƏRİFLƏ GÖRÜŞDÜ – FOTO

SƏFİRİMİZ PAKİSTANIN BAŞ NAZİRİ NƏVAZ ŞƏRİFLƏ GÖRÜŞDÜ – FOTO

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Islam Respublikasının Baş naziri cənab Nəvaz Şəriflə görüşüb.  Bu barədə məlumatı Azinforum.az-a səfirlikdən veriblər. Azərbaycan Respublikası Prezidentinin xoş salam ve ehtiramlarını cənab Nəvaş Şərifə çatdıran səfir, Pakistana səfir kimi təyinatından şərəf hissi duyduğunu bildirib. Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd ədərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan Prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb.

Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Səfir, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də Fond tərəfindən davam etdiriləcəyini bildirib.
Pakistanın Baş naziri cənab Nəvaz Şərif xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edərək, Azərbaycan Respublikası Prezidenti ilə yaxın dostluq, qardaşlıq əlaqələrinin olduğunu, Davosda və digər yüksək səvyiyyəli tədbirlərdə keçirdiyi görüşləri xatırladıb, Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.

ci1

 
Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirən Baş nazir, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam edəcəyini vurğulayıb. Pakistanın Baş naziri cənab Nəvaz Şərif iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari və digər əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanların olduğunu bildirirb, Pakistanın iqtisadi əlaqələrin də daha da inkişafına hazır olduğunu diqqətə çatdırıb və səfir Əli Əlizadayə Pakistandakı fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin, Pakistanın Baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın