Çərşənbə , Mart 27 2019
Ana səhifə / Cəmiyyət / “Şəfiqə Məmmədovadan üzr istədim, barışmışıq”- Rasim Balayev

“Şəfiqə Məmmədovadan üzr istədim, barışmışıq”- Rasim Balayev

Bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunur. Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi.

Lakin bu əsasla bir çox sənətlarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi.

Rasim Balayevin verdiyi açıqlamaya isə qarşı tərəfdən reaksiya bildirilmədi. Bu gün bizimyol.info Rasim Balayevlə əlaqə saxlayıb və ona sizin verdiyiniz açıqlamaya baxmayaraq qarşı tərəfdən heç bir reaksiya verilmədi. Əvəzində bir çox sənətkarlar isə Şəfiqə Məmmədovanı dəstəklədi deyə sual ünvanlayıb. Xalq artisti saytımıza açıqlamasında Şəfiqə Məmmədovadan üzr istədiyini bildirib.

“Xahiş edirəm bu məsələyə son qoyun. Mənim dost qazanan vaxtımdır, düşman qazanan yox. Mən səhvimi başa düşdüm. Səhv eləmişəm, zəng etdim Şəfiqə Məmmədovadan üzr istədim. Ondan məni bağışlamasını istədim. Biz barışmışıq, xahiş edirəm bunula bağlı daha saytlar mənə zəng etməsinlər. Biz uzun illər bir yerdə işləmişik. Əsəbi vaxtıma düşüb, pis danışmışam. İnsanıq səhv olur, əsas odur səhvi başa düşəsən.”

Bizimyol.info

Həmçinin oxuyun

141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Ötən ay 141 Azərbaycan vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin …