Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Cəmiyyət / Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı – FOTO

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı – FOTO

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.
Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Daha əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan 2 əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.

Həmçinin oxuyun

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı GENERALDAN AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar …