Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Cəmiyyət / Səfər Mehdiyev adam öldürənlə belə davranır – FAKT

Səfər Mehdiyev adam öldürənlə belə davranır – FAKT

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş xalası oğlu, Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib.

Bu barədə tia.az saytı məlumat yayıb.

Səfər Mehdiyev adam öldürənlə belə davranır

Sayt xəbər verir ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb.

Yayılmış məlumatda deyilirdi ki, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən “Cərimə meydançası”nda saxlanır.

Səfər Mehdiyev adam öldürənlə belə davranır

Məsələ mdiada işıqlandırıldıqdan sonra Səfər Mehdiyev Vüsal Nuriyevə təöhmət verib. Sayt həmin sənədin – raportun surətini də yayıb.

“Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi”, – məlumatda deyilir.

Həmçinin oxuyun

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət …