Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Səfər Əbiyev hardadır?

Səfər Əbiyev hardadır?

Modern.az saytında “…haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Sayt bu dəfə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin harada olduğunu öyrənməyə çalışıb. Saytın keçmiş müdafiə nazirini gündəmə gətirməsi təsadüf deyil. Çünki 27 yanvar tarixi Səfər Əbiyevin doğum günüdür. Bu gün onun 72 yaşı tamam olub.

Son vaxtlar mətbuatda eks-müdafiə naziri ilə bağlı xeyli təsdiqlənməmiş xəbərlər yazılır. Bu xəbərlərin içində onun xaricə çıxıb getdiyi barədə iddialar da yer alır.

Ancaq Səfər Əbiyev bu yaxınlarda – 11 yanvar 2022-ci il tarixində Bakıda keçirilən kiçik bir tədbirdə iştirakı onun xaricdə olduğu barədə xəbərləri təkzib etdi..

Qeyd edək ki, sözügedən tədbir eks-müdafiə nazirinin də üzv olduğu “Dədə Qorqud” Milli Fondu tərəfindən təşkil olunmuşdu. Həmin tədbir Fondun təsis etdiyi beynəlxalq ordenin Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğluna təqdim edilməsi ilə bağlı idi.

Səfər Əbiyevin özü ilə danışa bilməsək də, onun dostu Eldar Sabiroğlu ilə əlaqə saxlayıb eks-nazir haqqında xəbər aldıq.

“Səfər Əbiyev heç yana getməyib, Azərbaycandadır. Dünən gecə yaxın dostuma zəng vurub ad günü münasibətilə onu təbrik etmişəm”,- E.Sabiroğlu bildirib. Keçmiş mətbuat katibi eks-nazir haqqında yayılan digər şayiələri də təkzib edib.

Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında doğulub.

1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin 1-ci müavini, müdafiə naziri vəzifəsinin icraçısı  vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Eks-nazirin iki oğlu var.

General-polkovnik S.Əbiyev 1995-ci ildə “Azərbaycan Bayrağı”, 2003-cü ildə “Azərbaycan Bayrağı”, 2010-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …