Ana səhifə / Cəmiyyət / Sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng edib biabırçılığı dayandırmağı tələb etdim. Axı insanın şəxsi həyatına müdaxilədir”. Report

Həmçinin oxuyun

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. “Unikal”ın əldə etdiyi …