Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / “Sədərək”dən mal alıb, camaata paylayan məmura bəraət verildi… – FOTO

“Sədərək”dən mal alıb, camaata paylayan məmura bəraət verildi… – FOTO

2015-2020-ci illərdə Bərdə Məşğulluq Mərkəzinin direktoru işləmiş Bilman Şadlinskiyə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında idarələrin birində Kadrlar sektorunda böyük məsləhətçi işləyən Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılıb.

Ona cinayət işinin açılmasına səbəb Bərdə Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlar olub. Belə ki, o, bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakına külli miqdarda ziyan vurmaqla israf etməkdə günahlandırılıb.
Bilman Şadlinskinin təkcə 2016-cı ildə ümumilikdə 23 nəfər iş axtaran şəxs üçün dövlət tərəfindən ayrılan 112 min 193 manat vəsaiti müxtəlif yollarla mənimsəməsi məlum olub. O, tanışları ilə əlbir olaraq, öncə onları tenderin qalibi edib. Daha sonra onlar Bərdə mal bazarından heyvanlar, Sədərək Ticarət Mərkəzindən ucuz dərzilik ləvazimatları alaraq, 9 nəfərə aktivlər veriblər. Yerdə qalan 14 nəfəri isə aktivlərlə təmin etməyiblər. İstintaqda onun digər qanunsuz əməlləri də yer alıb.

Məhkəmədə isə məmur elan edilmiş ittihamla özünü təqsirli bilməyərək deyib ki, 2015-ci ildən 2020-ci ilə kimi həmin vəzifədə işləyib. Heç bir qanunsuzluğa yol verməyib.

Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən iclasda qərar verilib ki, Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Publik hüquqi şəxsi tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia da rədd edilib.

Qeyd edək ki, Bilman Şadlinskinin yaxın qohumları – Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskiy, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Toğrul Şadlinski və digərləri rayonda mühüm postlar tuturlar.

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …