Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / “Sədərək” Ticarət Mərkəzinin su altında qalmaq TƏHLÜKƏSİ VAR

“Sədərək” Ticarət Mərkəzinin su altında qalmaq TƏHLÜKƏSİ VAR

Son illər Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Nəticədə, Abşeron yarımadasında qrunt sularının səviyyəsi də aşağı düşür. Bunu görən bəzi adamlar qurunt suları azalmış yerlərdə tikinti işlərinin aparılmasına başlayıb. Amma bu adamlar unudurlar ki, müəyyən dövrdən sonra Xəzərdə suyun səviyyəsinin artmasıyla əlaqədar qurunt suları da qalxacaq.

Nəticədə, süni qurudulmuş göllərdəki tikililər su altında qalacaq. Ona görə də sahilə yaxın ərazilərdəki göllərin süni şəkildə qurudulmasının gələcəkdə çox ciddi fəsadları ola bilər”.

Bu fikirləri AMEA-nın Coğrafiya İnstitutunun Xəzər şöbəsini müdiri Əmir Əliyev Bizim.Media ilə söhbətində səsləndirib.

O, əlavə edib ki, Xəzərə yaxın ərazilərdəki qurunt sularını idarə eləmək mümükün deyil. Çünki, bu sular birbaşa dənizlə bağlıdır:

“Elmi proqnozlara görə 2050-ci illərdə Xəzərin səviyyəsi qalxmağa başlayacaq. Bu zaman, süni qurudulmuş qurunt suları yenidən qalxacaq və ərazidəki tikililəri su altında qoyacaq. Burda drenaj şəbəkəsinin qurulması da problemi həll etmiyəcək. Çünki, hər şeyi dənizin səviyyəsi həll edir. Yaxşı olar ki, bu ərazilərdə böyük tikililər yox, yaşıllıqlar salınsın”. 

Ekspertlərin sözlərinə görə, qrunt suları yenidən qalxarsa, indi “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yerləşdiyi ərazilər su altında qalacaq. Bu Bakının bir çox hissələrində özünü biruzə verəcək. Hətta indi Beynəlxalq Avtovağzalın yerləşdiyi ərazidə də qurunt sularının üzə çıxması müşahidə olunacaq.

Əmir Əliyev onu da bildirib ki, 1978-ildən 1995-ci ilə qədər Xəzərdə suyun səviyyəsi 2,5 metr qalxmışdı:

“O zaman, Kür çayının deltasında və cənub zonasında xeyli tikililər su altında qaldı. Hətta Lənkəranda bir necə kəndin köçürülməsi zərurəti yarandı. Ümumilikdə o illərdə Azərbaycan ərazisində 50 min hektar su altında qaldı. Ona görə də dənizin sahillərinə o qədər də yaxınlaşmaq olmaz. Xəzər canlı orqanizmdir. Qalxıb, enir. Əvvəllər belə bir qayda var idi ki, sahilin 300 metrliyinə qədər yaxınlaşmaq olmaz. İndi isə heç kim bu qaydalara əməl etmir”.
 

Həmçinin oxuyun

““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

Milli Məclisin deputatı Vüqar “Tərtər işi” barədə danışıb.V. İskəndərov “Pravda.az”a açıqlamasında “Tərtər işi”ndə əli olan …