Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Sədərək Ticarət Mərkəzinin rəhbəri koronavirusa yoluxdu – VİDEO

Sədərək Ticarət Mərkəzinin rəhbəri koronavirusa yoluxdu – VİDEO

“Məni heç bir səbəb olmadan evimə həbs ediblər”

Bu sözləri Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vaqif Hüseynli bildirib.

Onu evə həbs etdirən isə nə məhkəmə, nə də polis idarəsidir. Bəs kimdir? İnanmayacaqsınız, Leyla Şıxlinskaya Klinikası.

İcraçı direktorun sözlərinə görə, özü öz xoşuyla Leyla Şıxlinskaya klinikasına koronavirus testi üçün müraciət edib. Yoxlamalar nəticəsində klinika ona koronavirus yoluxucusu diaqnozu qoyub. Diaqnoza inanmayan icraçı direktor Referans adlı klinikaya yollanıb. Dediyinə görə, ölkənin ən dəqiq diaqnostika mərkəzi sayılan Referans klinikada verdiyi analizlər isə neqativ çıxıb.

Di gəl ki, Operativ Qərargahda Leyla Şıxlinskaya klinikasının diaqnozu əsas götürülərək Vaqif Hüseynlinin evdən çıxmasına izn verilmir. Beləcə, iş yerinə gedə bilməyən icraçı direktorun bütün iş fəaliyyəti alt-üst olub. Bunun Ticarət Mərkəzinə qarşı təxribat ola biləcəyindən şübhələnən şikayətçi əlaqədar qurumlara səsli mesaj göndərib.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …