Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Sə­fir Kar­lo­vu öl­dür­mək Gü­lə­nin nə­yi­nə la­zım ol­du…

Sə­fir Kar­lo­vu öl­dür­mək Gü­lə­nin nə­yi­nə la­zım ol­du…

 

Ru­si­ya­nın Tür­ki­yə­də­ki keç­miş sə­fi­ri An­drey Kar­lov Fə­tul­lah Gü­lən hə­rə­ka­tı­nın tə­rəf­dar­la­rı­nın əm­ri ilə öl­dü­rü­lüb. Bu ba­rə­də An­ka­ra Pro­ku­ror­lu­ğu­nun id­dia­na­mə­sin­də de­yi­lir. Pro­ku­ror­lu­ğun id­dia­sı­na əsa­sən, qət­li tö­rə­dən Möv­lud Mərt Al­tın­ta­şın təş­ki­la­tın 5 üz­vü ilə əla­qə­si olub. Bun­dan baş­qa, qa­ti­lin Kipr­də otel­lə­rin bi­rin­də fə­tul­lah­çı­lar­la gö­rüş­dü­yü və tə­li­mat­lar al­dı­ğı id­dia edi­lir.
Qeyd edək ki, Ru­si­ya­nın sə­fi­ri ötən ilin de­kab­rın­da An­ka­ra­da qət­lə ye­ti­ri­lib. An­ka­ra Bö­yük Şə­hər Bə­lə­diy­yə­si­nin səd­ri be­lə bir eh­ti­mal irə­li sü­rüb ki, bir müd­dət ön­cə rus təy­ya­rə­si­ni vu­ran kim­lər­dir­sə, bu ha­di­sə­nin ar­xa­sın­da du­ran da on­lar­dır: “Sui-qəs­din məq­sə­di Ru­si­ya-Tür­ki­yə əla­qə­lə­ri­ni poz­maq­dır. Rus və türk sə­la­hiy­yət­li­lə­ri bu ha­di­sə­nin ar­xa­sın­da giz­lə­nən­lə­ri or­ta­ya çı­xa­ra­caq. Bu ha­di­sə FE­TÖ-nün cə­nub-şərq böl­gə­sin­də Ru­si­ya təy­ya­rə­si­ni vur­ma­sı ilə ey­ni­dir. Bun­dan son­ra da bu cür sui-qəsd­lər da­vam edə­cək. Am­ma bun­dan da bir nə­ti­cə ala bil­mə­yə­cək­lər. Cə­nab sə­fi­rin qa­nı yer­də qal­ma­ya­caq”.
Ru­si­ya sə­fi­ri­ni öl­dür­mək FE­TÖ təş­ki­la­tı­nın nə­yi­nə la­zım ola bi­lər­di və bu eh­ti­mal­la­rı nə də­rə­cə­də əsas­lı sa­ya bi­lə­rik?

Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın səd­ri Əli Əli­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş hök­mü ol­ma­dan han­sı ci­na­yət­də ki­min nə də­rə­cə­də əli­nin ol­ma­sı­nı id­dia et­mək doğ­ru ol­maz­dı: “Hə­lə­lik bu ba­rə­də pro­ku­ror­luq­dan me­dia­ya sı­zan mə­lu­mat­lar əsa­sın­da da­nı­şı­lır. Xa­tır­la­dım ki, rus sə­fi­ri­nin ölü­mün­də yal­nız bir ver­si­ya nə­zər­dən ke­çi­ril­mir. Or­ta­da 5 ver­si­ya möv­cud­dur, on­lar­dan yal­nız bi­ri FE­TÖ ilə əla­qə­li­dir. FE­TÖ ver­si­ya­sı­nı nis­bə­tən ağ­la­ba­tan edən bir sı­ra də­lil­lər irə­li sür­mək olar. Hə­min təş­ki­la­tın li­de­ri ha­zır­da ABŞ-da otu­rur və ora­dan hi­ma­yə edi­lir. Tə­bii ki, Ru­si­ya-Tür­ki­yə mü­na­si­bət­lə­ri­nin da­ha da ya­xın­laş­ma­sı­nı is­tə­mə­yən­lər­dən ən baş­lı­ca­sı ABŞ-dır. Bun­dan əla­və, hə­min ha­di­sə Tür­ki­yə­də uğur­suz­lu­ğa uğ­ra­yan döv­lət çev­ri­li­şin­dən qı­sa müd­dət son­ra­ya tə­sa­düf et­di. Hə­min ha­di­sə­lə­rin təş­ki­lin­də FE­TÖ-nün adı hal­lan­dı­ğı sə­bə­bin­dən, bu­nu re­vanş ki­mi də nə­zər­dən ke­çir­mək olar. İs­tə­ni­lən hal­da, bun­la­rın ha­mı­sı ver­si­ya­dır. Ən yax­şı­sı bu­dur ki, məh­kə­mə­nin so­nu­nu göz­lə­yək”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın