Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Rüşvət görüntüləri yayılan direktor işdən çıxarıldı

Rüşvət görüntüləri yayılan direktor işdən çıxarıldı

Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri araşdırıb.
Qurumdan bildirilib ki, araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Qazıyev Azər Arif oğlu işdən azad edilib.
Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.
“Belə halların qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalara başlanılıb”, – məlumatda deyilir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …