Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / Rüşvətə görə vəzifəsindən qovulan rəis nazirin əmisi oğludur

Rüşvətə görə vəzifəsindən qovulan rəis nazirin əmisi oğludur

Xəbər  verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük  postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.

R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub.

Xəbərə görə,  “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur. Unikal.org 

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …