Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / “Rüstəmlə vida mərasiminə getdim, gördüm ki…“ – Xalq artisti

“Rüstəmlə vida mərasiminə getdim, gördüm ki…“ – Xalq artisti

“Rüstəm mənim yaxın dostum idi. Filmlərində də çəkilmişəm, üç filmində”.

Bunu Yenisabah.az-a danışan Xalq artisti Cavan Zeynallı deyib.

O, martın 16-da Bakıda Nizami Kino Mərkəzində Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasiminə qatıldığını təsdiqləyib.

“Elə adamlar var ki, deyirlər ki, əşşi, Cavan, sənin nə işin var Ukrayna, Rusiya neylədi, sən öz həyatını yaşa. Axı bu düzgün deyil, mən Cavan Zeynallıyam, mən  insanam. Ürəyim çox kövrəkdir.

Onda başa düşdüm ki, ömür həqiqətən çox sürətlə keçir. Onu layiqli yaşamaq lazımdır. Rüstəmlə vida mərasiminə getdim, gördüm ki, qapılar bağlıdır. Başa düşmədim məsələ nədir, sən demə, hər kəs içəri – kinoteatrın zalına dolubmuş. Mən də qapıda qaldım, sonradan bir nəfər qapını açıb dedi ki, Cavan müəllim, gəlin içəri. Girdim, gördüm nə qədər insan onunla vidalaşmağa gəlib, jurnalistlər çəkir, gələnlərdən müsahibə alırlar, amma məndən heç kəs açıqlama almadı.

Zal tam dolu idi. Sonradan dostlarımı gördüm, onlara qoşuldum. Hamısı soruşurdu ki, harda qalmısan, ay Cavan? Mən də izah edirdim ki, qapıda qalmışdım, bilmirdim hər kəs içəridədir, elə bildim insanlar hələ toplaşmayıb.

Rüstəm mənim yaxın dostum idi. Filmlərində də üç dəfə çəkilmişəm. Allah ona rəhmət eləsin!”

“Rüstəmlə vida mərasiminə getdim, gördüm ki...“  - Xalq artisti

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …