Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Rüstəm Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdi

Rüstəm Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdi

Bir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

Gununsesi.org xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.

Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb. Onun həyatı təhlükəsi yoxdur.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …