Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Rüstəm İbrahimbəyovla vida mərasimi – FOTO

Rüstəm İbrahimbəyovla vida mərasimi – FOTO

Moskvada Azərbaycanının xalq yazıçısı, görkəmli dramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında keçirilir.

Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısının Bakıda dəfn olunacağı bildirilir.

Rüstəm İbrahimbəyovla vida mərasimi -  FOTO

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …