Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / Ruslan İzzətli DİN-i də məhkəməyə verdi

Ruslan İzzətli DİN-i də məhkəməyə verdi

Siyasi fəal Ruslan İzzətli Azərbaycan Daxili İşlər Nazirliyini (DİN) məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə siyasətçi Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Belə ki, Ruslan İzzətli inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələ irəli sürüb.

İddia hakim Fərid Mədətlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: R.İzzətli daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dairə Seçki Komissiyasını (DSK) məhkəməyə vermişdi.

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …