Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Rusiyaya getmək istəyənlərin nəzərinə – VİDEO

Rusiyaya getmək istəyənlərin nəzərinə – VİDEO

Artıq dünəndən Azərbaycandan Rusiyanın şəhərlərinə bütün aviareyslər dayandırılıb.vBuna  görə də  alternativ variant kimi  Türkiyə və Rusiyaya səfər etmək istəyənlər üçün Qazaxıstandan tranzit səfərlər təklif  edilir. Tələb çoxluğundan artıq həmin istiqamətlərdə aviabiletlərin qiyməti də bahalaşıb.

Azərbaycandan Rusiyaya avia reyslərin dayandırılması bu ölkəyə və əks istiqamətdə gediş-gəlişin bundan sonra necə olacağı məsələsini aktuallaşdırır. Çünkü bu ölkədə kifayət qədər soydaşımız yaşayır və işləyir.

Qeyd edək ki, pandemiya səbəbindən hazırda qatar, avtobus və gəmi vasitəsilə rusiyaya azərbaycandan və əks istiqamətdə sərnişindaşıma həyata keçirilmir. Bəs vətəndaşlar hansı yollarla rusiyaya və ya əks istiqamətə səfər edə bilərlər?

Ekspert Rəhman Quliyev deyir ki, vətəndaşlar hazırda rusiya ilə hava nəqliyyatı açıq olan ölkələr vasitəsilə səfərlərini həyata keçirə bilərlər. Soydaşlarımız üçün ən uyğun alternativ variant Türkiyə və Qazaxstandan tranzit keçməklə səfər etməkdir. Tələb çoxluğundan artıq həmin istiqamətlərdə aviabilet qıtlığı yaşanır. Bu isə qiymətlərə təsir edib.

Halbuki, reyslər ləğv edilməzdən əvvəl Azərbaycan və Rusiyadan birbaşa uçuş zamanı qiymətlər istiqamətlərə görə, 150-350 manat arasında dəyişirdi.

Rəhman Quliyev onu da bildirdi ki, tranzit keçidi zamanı vətəndaşların problemlə üzləşməsi gözlənilmir. Çünkü istər türkiyə, istərsə də qazaxstan pandemiyaya baxmayaraq azərbaycan vətəndaşlarını qəbul edir. Bunun üçün onların Covid pasportları və ya peyvənd sertifkatlarının olması yetlərlidir.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …