Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Rusiyaya gedənlərin nəzərinə: Qanunlar dəyişir – VİDEO

Rusiyaya gedənlərin nəzərinə: Qanunlar dəyişir – VİDEO

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən, giriş məqsədlərini dəyişə biləcəklər.

Rusiyada miqrasiya qanunvericiliyində təkmilləşdirmələr aparılır. Qanunvericiliyə edilən son dəyşikliklər rusiyaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq. Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirir ki, miqrantlar üçün vahid sənəd tətbiq ediləcək. Bu ID kartı miqrantların dövlət xidmətlərinə çıxışını və onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.

Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.

Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza – adi tibbi viza ala biləcəklər.

Sahib Məmmədov əlavə etdi ki, qlobal əmək bazarında işçi qüvvəsinin çatışmazlığı var. Pandemiya səbəbindən son iki ildə miqrant sayında azalması olub. 12-13 milyon işçi miqranta ehtiyac olan rusiyada belə addımın atılması gözlənilən idi.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …