Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı

Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilən icazələri geri çağırıb.

Bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, martın 23-də qurumun iclası keçirilib. İclasın nəticəsində aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib.

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırılıb. Bu cür qərar “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Agentlik “Red Wings” aviaşirkətin müraciəti əsasında da oxşar qərar çıxarıb.  /Report

Həmçinin oxuyun

Federasiya prezidenti vitse-prezidenti xəyanətdə ittiham edərək işdən çıxardı

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək …