Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Rusiyalı tarixçi:“SSRİ ermənilərə NATO-ya qarşı alət kimi baxırdı, ona görə dəstək verirdi”

Rusiyalı tarixçi:“SSRİ ermənilərə NATO-ya qarşı alət kimi baxırdı, ona görə dəstək verirdi”

“Ermənilər özlərini Qafqazda yerli xalq hesab etdiyi üçün Azərbaycan və Türkiyəyə ərazi iddiaları irəli sürürlər. Ermənilər müasir dövlətlərini “Böyük Ermənistan”ın hüquqi varisi hesab edirlər. Ancaq bu, etibarlı elmi fakt deyil. Bu haqda nə Sovet ensiklopediyasında, nə də digər mənbələrdə məlumat var”.

Bu sözləri “525-ci qəzet”ə müsahibəsində rusiyalı tarixçi Oleq Kuznetsov deyib.

O.Kuznetsov qeyd edib ki, bu gün ermənilərin Cənubi Qafqazda yerli xalq olması mübahisə doğurur: “Müasir elmə görə xalq vahid din, dil və ərazi birliyi ilə formalaşır. Bu mənada, ermənilər Qafqazda heç vaxt böyük bir xalq şəklində yaşamayıblar. Ermənilərin Cənubi Qafqaz bölgələrində artması Rusiyanın 1830-1970-ci illər dövlət siyasəti nəticəsində baş verib. Bu amil onlara imkan verib ki, Rusiya imperiyasının süqutundan sonra dövlətçilik ənənələri əldə etsinlər”.

Tarixçi bildirib ki, ermənilərin qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etməsinin iki əsas səbəbi var: “Əvvəla, ermənilər xalq olaraq xarici qüvvələrin təsiri ilə formalaşıb, tez-tez onların məqsədləri üçün birləşdirilib. Ermənilərdən mübarizə aləti kimi, İran, Rusiya, Fransa və Böyük Britaniya Osmanlıya qarşı istifadə edib. Erməni xalqının aqressiyası məhz bununla bağlıdır. İkincisi səbəb isə budur ki, müasir erməni xalqının dünyagörüşü SSRİ-nin totalitar ideologiyası fonunda formalaşıb. SSRİ  erməniləri NATO blokuna qarşı bir alət olaraq görürdü. Sovet Ermənistanında Elmlər Akademiyası nəzdində müasir erməni millətçiliyi ideologiyasının formalaşdırıldığı intellektual mərkəz mövcud idi. Bu qurum SSRİ-də idarə olunaraq, NATO-nun Yaxın Şərq və Orta Asiyaya hərəkətinə qarşı yönəlmişdi”.

Tarixçi əlavə edib ki, erməni millətçiliyi Rusiya imperiyası və SSRİ-nin xarici siyasətində bir alət olub: “Ona görə də, ermənilər Kremldən hər cür dəstək alırdılar. Ancaq bu, onlar arasında ideoloji və praktik planda prinsipiallığın mövcudluğu anlamına gəlmir”.

Osmanlılardan kommunistlərə qədər müxtəlif dövlətlər və ideologiyaların təsiri ilə erməni dünyagörüşünün formalaşdığını qeyd edən tarixçi onu da vurğulayıb ki, öz məqsədlərinə çatmaq üçün hədəf aləti olaraq erməniləri seçib onlara “Böyük Ermənistan” vədlərini verirdilər: Fakt isə budur ki, ermənilər üzərində müxtəlif yüzilliklərdə hökmranlıq etmiş dövlətlərin heç biri, Osmanlı istisna olmaqla, onlara söz verdikləri dövlətlərini yaratmadı. Buna görə də, ermənilər özlərini zərər çəkmiş və aldadılmış hesab edirlər. Hərçənd ki, onlara konkret söz deyil yalnız, vədlər verilib”.

O.Kuznetsov onu da bildirib ki, məhz Sovet hakimiyyəti dövründə  “Böyük Ermənsitan” xəritəsinin ideyası önə çəkilib: “Eyni zamanda, uydurma “erməni soyqırımı” da bu dönəmdə yaradılıb. Bütün bu proseslər  Rusiya imperiyasının 1890-cı illərdə Osmanlı və İranın bəzi sərhəd bölgələrinə geosiyasi maraqları nəticəsində yaranıb”.

Həmçinin oxuyun

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. Trend-in …