Ana səhifə / Cəmiyyət / Rusiyadakı diplomatımızın inanılmaz görüntüsü –  VİDEO

Rusiyadakı diplomatımızın inanılmaz görüntüsü –  VİDEO

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov barədə növbəti şok fakt üzə çıxıb.

Azinforum.az jam.az-a istinadən xəbər verir ki, “Youtube” sosial şəbəkəsində azərbaycanlı diplomatın bu ilin 28 aprelində çəkilmiş görüntüləri yayılıb. İddia olunur ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışaraq dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar.

Qeyd edək ki, 2011-ci ilin Novruz bayramında Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun həmin qıza qarşı nalayiq hərəkətlər etməsilə bağlı iddia irəli sürmüşdü.
Qeyd edək ki, daha əvvəl də sosial şəbəkələrdə yayımlanan video görüntülər ölkəmizdə böyük ajiotaja səbəb olmuşdu. Diplomat, baş verənləri təkzib edərək, təxribat adlandırmışdı. Həmin ərəfədə Sankt-Peterburqda baş konsul olan Qüdsi Osmanov bildirmişdi ki, zərərçəkmiş qismində çıxış edən Aybəniz Səmədzadə adlı həmin qız gənclər arasında adı ilə tanınır və cəmiyyətdə onun haqqında mənfi imic formalaşıb. Bununla yanaşı, konsulumuz vurğulamışdı ki, həmin qız valideynləri tərəfindən rədd edilmiş bir şəxsdir. Aybəniz adlı qızın müraciətində isə onun ittihamlarına cavab verilmişdi. Qız konsulla tanışlıqından danışaraq, hadisəylə bağlı bir sıra ilginc məqamlara toxunmuşdu. 15 yaşında konsulluqdan AMOR təşkilatının saytını idarə etmək üçün iş təklifi aldığını deyən Aybəniz, “Özünüzü ondan qoruyun” deyə müraciətində qeyd etmişdi.

Həmçinin oxuyun

Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı – FOTO

Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib. Bu barədə …

Bir cavab yazın