Ana səhifə / Cəmiyyət /  Rusiyadakı azərbaycanlılar türk kimliyinə görə sıxışdırılır

 Rusiyadakı azərbaycanlılar türk kimliyinə görə sıxışdırılır

Samir Adıgözəlli: “Rusiyanın diaspor təşkilatlarını bu məsələdə fəal olmağa və soydaşlarımızın hüquqlarını qorumağa çağırırıq”

“Belə təzyiqlər artacağı təqdirdə dövlət qurumlarının da Rusiya hakimiyyətinə müraciət etməsi lazımdır”
Türkiyənin Rusiya təyyarəsini vurması bütün dünyanın gündəmini tutan başlıca mövzulardan biridir. Vəziyyət get-gedə daha da kritikləşir.
Maraqlıdır ki, Türkiyə tərəfdən edilən barışıq jestlərinə Rusiya tərəfi aqressiv cavab verir. Rusiyanın bütün telekanallarında Türkiyə aşağılanır. Siyasətçilər Türkiyənin ünvanına olmazın həqarətlər yağdırır. Təbiidir ki, bu cür ideoloji təbliğat Rusiyanın daxili auditoriyasını radikallığa kökləyib. KİV-in aktiv apardığı təbliğatın insanın psixikası ilə oynaya bildiyini nəzərə alsaq, Rusiyanın istəyinə çatdığını demək olar. Artıq türk iş adamlarına hücumların olması millətçilərin türklərə məxsus bəzi ticarət obyektlərini dağıtması və türkiyəli tələbələrin həbs edilməsinə qədər faktlara da rast gəlirik. Maraqlıdır ki, türklərə edilən təzyiqlərin fonunda Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılara da təzyiqlər olunur. Bununla bağlı bizim diaspor təşkilatlarımızda hansı məlumat var və hansı əks tədbirlər görülməlidir?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, son bir neçə gün ərzində onlara bu mövzuda bir neçə müraciət daxil olub:

“Mən Rusiyanın bu tip aqressiyasını anlaya bilmirəm. Sanki dövlətin özü ictimai rəyi türklərə qarşı nifrətə kökləyir. Biz onların KİV-ini izləyirik. Biabırçı bir mənzərə yaranıb. Rusiyanın bəzi şəhərlərində polis, bəzilərində isə millətçilər soydaşlarımızı türk olduğunu əsas gətirərək onları incidir. Biz doğrudan da türk millətinə mənsubuq. Ancaq bizim vətəndaşlarımızın hansısa təyyarənin vurulmasında heç bir təqsiri olmayıb axı. Mənə elə gəlir ki, Rusiya dövlət səviyyəsində apardığı ideoloji terrora son qoymalıdır. Yoxsa bunun ağır nəticələri ola bilər. Biz təşkilatımız adından Rusiya hökiumətinə bununla bağlı müraciət ünvanlayacayıq. Eyni zamanda, Rusiyanın diaspor təşkilatlarını bu məsələdə fəal olmağa və soydaşlarımızın hüquqlarını qorumağa çağırırıq. Belə təzyiqlər artacağı təqdirdə dövlət qurumlarının də Rusiya hakimiyyətinə müraciət etməsi lazım gələcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın