Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Rusiyada sərhədi pozan Azərbaycan vətəndaşı cərimələndi

Rusiyada sərhədi pozan Azərbaycan vətəndaşı cərimələndi

Rusiyada Azərbaycan vətəndaşı dövlət sərhədini pozduğuna görə cərimələnib.

“Report” xəbər verir ki, hadisə Kamçatka vilayətində qeydə alınıb.

Rusiya ərazisinə girişi qadağan olunmuş Azərbaycan vətəndaşının saxta sənəd düzəldərək Kamçatka yarımadasına gəldiyi, ancaq sərhəddə saxlanıldığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb və həmin şəxs məhkəmənin qərarı ilə 50 min rubl (təxminən, 1319 manat) məbləğində cərimə olunub.

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …