Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Cəmiyyət / Rusiyada əsgərliyə getməyən azərbaycanlıları hansı cəza gözləyir?

Rusiyada əsgərliyə getməyən azərbaycanlıları hansı cəza gözləyir?

Rusiyada hərbi xidmətdən yayınan əcnəbi əsilli şəxslərin vətəndaşlığı ləğv oluna bilər. 

Bu barədə Rusiya Dövlət Dumasının kommunist fraksiyasından olan deputatı Mixail Matveyev məlumat verib. 

O, parlamentə Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmiş şəxsin hərbi öhdəlikdən, səfərbərlik yayınması və ya hərbi qeydiyyat şərtləri ilə qərarı pozmasına görə vətəndaşlığa xitam verilməsi haqqında qanun layihəsi təqdim edib. 

Sənəd Dumanın məlumat bazasında yerləşdirilib. 

Millət vəkili sənədin izahat yazısında qeyd edib ki, Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər çox vaxt Rusiya vətəndaşlığının təkcə hüquqlar deyil, həm də müvafiq hərbi öhdəliklər tələb etməsi faktına məhəl qoymadan hərbi qeydiyyatdan yayınırlar. 

Həmçinin oxuyun

2024-cü ilin büdcəsində müdafiə xərcləri nə qədər olacaq?

Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,421 mlrd. manat (indiki məzənnə …