Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Cəmiyyət / Rusiya-Türkiyə barışığı və Azərbaycanın dünyada vasitəçi dövlət xarizmasının legitimləşməsi…

Rusiya-Türkiyə barışığı və Azərbaycanın dünyada vasitəçi dövlət xarizmasının legitimləşməsi…

Ramiz Tağıyev: “Azərbaycanın bu istiqamətdə vasitəçilik missiyası uğurlu alındı”
“Təbii ki, belə vasitəçiliyi etmək üçün Azərbaycanın və onun Prezidentinin keyfiyyət göstəriciləri böyük önəm daşıyıb”

Məlum olduğu kimi, dünyadakı münaqişələr hansısa vasitəçilik missiyalarının köməkliyilə həllini tapır. Daha çox belə vasitəçilik missiyasını dövlətlər üzərinə götürür.
Bunun üçün həmin ölkənin xüsusi nüfuza malik olması gərəkdir. Proseslərin gedişi göstərir ki, adətən belə missiyaları imperiya varisləri olan və hazırda da böyük hərbi gücə malik ölkələr üzərinə götürür. Bu ampluada Rusiyanı, Fransanı, Almaniyanı, ABŞ-ı və başqa ölkələri görmək mümkündür. Məsələn, elə iqtisadi qüdrətə malik dövlətlər var ki, onlar vasitəçilik missiyasını üzərinə götürsə, münaqişə tərəfləri həmin cəhdlərə yox deyər. Bir daha vurğulayırıq ki, buna xüsusi təsir gücünə malik olan avtoritetin qazanılması lazımdır. Həmin avtoritetin olması üçün ən vacib faktorların cəmləşməsi gərəkdir.
Maraqlıdır ki, son vaxtlar ölkəmizin də adı həmin mühüm proseslərin daxilində çəkilməyə başlayıb. Xüsusilə də gərginləşən Rusiya-Türkiyə münasibətlərinin yoluna qoyulması ilə bağlı məsələdə Azərbaycanın ciddi uğura imza atdığı ortaya çıxdı. Azərbaycan belə missiyanı hansı cəhətlərinə görə daşıya bilir?
Tanınmış siyasətçi Ramiz Tağıyevin sözlərinə görə, Ankara və Moskva münasibətlərin normallaşdırılmasını istəyirdi:

“Çünki münasibətlərin gərgin qalması hər iki ölkənin iqtisadi-ticarət münasibətlərinə mənfi təsir edir, böyük regional enerji layihələrinin reallaşdırılmasını sual altında qoyurdu. Digər tərəfdən, Ankara rus turistlərinin azalması səbəbindən turizm sektorunun itkilərindən də narahat idi.
Vəziyyəti normallaşdırmaq üçün qeyri-rəsmi formatda dialoqa başlamaq daha real idi. Bu yerdə Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkün göründü. Türkiyə Azərbaycanın müttəfiqi, Rusiya isə tərəfdaşıdır. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasını arzulayan əsas ölkələrdəndir. Dağlıq Qarabağ münaqişəsi baxımından da Rusiya-Türkiyə münasibətlərinin gərginliyi Azərbaycanın maraqlarına cavab vermirdi. Azərbaycanın bu istiqamətdə vasitəçilik missiyası uğurlu alındı. Bunu həm Türkiyə, həm də Rusiya rəsmiləri etiraf etmiş oldu. Təbii ki, belə vasitəçiliyi etmək üçün Azərbaycanın və onun Prezidentinin keyfiyyət göstəriciləri böyük önəm daşıyıb”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Biznesdə gender disbalansı: kişilər qadınlardan dörd dəfə çoxdur

Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı …

Bir cavab yazın