Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / “Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur” – DEPUTAT

“Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur” – DEPUTAT

Azərbaycanda rus dilində tədrislə bağlı narahatlıqlar tez-tez gündəmə gəlir. Özəlliklə, ibtidai siniflərdə rus dilinə maraqla bağlı ziddiyyətli fikirlər var. Mövzu tez-tez müzakirə olunduğundan belə bir yanaşma formalaşıb ki, sanki bu hal kütləvi xarakter daşıyır. Lakin ekspertlər bu qənaətdə deyil.

Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Azərbaycanda 300-dən çox ümumtəhsil məktəbində rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur.  Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda azərbaycandilli məktəblərdə ibtidai siniflərdə rus dilinin tədrisi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, şagirdlər nə qədər xarici dil bilsə, yaxşıdır: “Azərbaycanda ümumitəhsil müəssisələrində əsas xarici dil və ikinci xarici dil tədris olunur. Üç xarici dil tədris etmək həm maddi, həm pedaqoji baxımdan suallar yaradır.Fikrimcə, uşaqlarımız öz dilimizi unutmamaqla daha çox dil öyrənməlidirlər. Aşağı yaşlarda nə qədər çox dil öyrənərlərsə, bir o qədər asan və tez olar”.

Rus dili millətlərarası ünsiyyət dilidir, eyni zamanda mədəniyyət daşıyıcısıdır.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli 

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, rus dilinə maraq təbii prosesdir: “Ukrayna-Rusiya müharibəsi kontekstində və xüsusilə Kremlin orada yaşayan rusları ön plana çəkməsi, guya onlara qarşı diskriminasiyanın aparılması motivinin müharibə üçün əsas olmasını nəzərə alaraq, istər-istəməz ölkədə rus dilinə marağın artmasına cəmiyyət narahatlıqla yanaşır. Hesab edirəm ki, bu, keçici haldır və müəyyən taktiki məqsəd güdür. Ölkədə dil azadlığı var, insanlar istədiyi dildə təhsil ala bilir. Müzakirə predmeti sosial-mənəvi məsələlər sferasına aiddir. Dövlət dili haqqında qanun, Azərbaycan dilinin statusunun möhkəmlənməsi ilə bağlı atılan addımlar var. Real faktları danmaq olmaz”.

Qulu Məhərrəmli hesab edir ki, rus dilinə imperiya dili kimi baxılması təhlükəlidir: “Zənnimcə, mövcud narahatlıqlar bu məqamla bağlıdır. Heç bir halda bu fikrin genişlənməsinə yol vermək olmaz, çünki rusdilli məktəblərin sayının artması, insanların milli mədəniyyətdən uzaqlaşdırılması kontekstində atılan addımlar əlbəttə ki, təhlükə yaradır. Çərçivədən kənar atılan istənilən addım strateji təhlükə yaradır. Azərbaycan dilində təhsil karyera üçün imkan yaratmır, ingilis, yaxud rus dilində təhsil isə əksinə, geniş imkanlar yaradır. Xarici şirkətlərdə iş tapmaq, xaricdə təhsili nəzərə alsaq, ingilis dilinə diqqət etmək olar. Rus dilinə karyera dili kimi baxılmasını isə doğru hesab etmirəm. Təbii ki, rus dilini tamamilə kənarda saxlamaq da olmaz. Bu dilin bizim üçün ciddi önəmi var. Ən azı 50 il bu dilin yaratdığı mədəniyyət sferasında olacağıq: fikir mübadiləsi, qonşuluq, bunlar ciddi faktorlardır. Təhlükənin qarşısını almaq üçün dilin statusu möhkəmləndirilməlidir, dil daşıyıcıları dilə sevgi ilə yanaşmalıdırlar”.

Professor hesab edir ki, strateji planda ciddi təhdid yoxdur. Məsələyə bir qədər praqmatik yanaşmaq lazımdır.

Ceyhun Məmmədov - YouTube

 Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov mövzunu şərh edərkən bildirdi ki, bu, həm də siyasi məsələdir: “Nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər kontekstində daha diqqətli olmaqda fayda var. Üstəlik, bəzən spekulyasiyaya yol verilir, bəzi yanaşmalarda fərqli mövqelər müşahidə edirəm. Bu məktəblər sovet dövründə olub, bir qismi fəaliyyət göstərir, bir qismində isə tədris azalıb. Rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflər kökündən yanlışdır. Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur. Övladlarının hansı bölmədə təhsil alması valideynlərin fərdi baxışından asılıdır. Cəmiyyət olaraq üzərimizə düşən vəzifə dövlət dili olan azərbaycan dilini qorumaq, daha geniş təbliğ etməkdir. Məktəblərdə azərbaycan dili ilə yanaşı, ingilis dili də tədris olunur. Bəzən ingilisdilli məktəblərin pulsuz olması ilə bağlı fikirlər səslənir, lakin orta və ali məktəblərdə bu dil tədris edilir. İngilis dilini öyrənmək lazımdır, amma rus dili ilə paralellik aparmaq  siyasi baxımdan düzgün deyil”.

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …