Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / “Rus dilini öyrənənlərin hamısı düşmənlərimizdir” — Çingiz Abdullayev

“Rus dilini öyrənənlərin hamısı düşmənlərimizdir” — Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev rus dilində təhsillə bağlı müzakirələrə səbəb olacaq daha bir açıqlama verib.

Pravda.az-ın xəbərinə görə, Ç.Abdullayev deyib: “Əziz dostlarım! Hər kəsdən xahiş edirəm ki, “Mankurt” sözünü işlətməsin! Məsələ burasındadır ki, Çingiz Aytmatov bu romanı rus dilində yazmışdır. Yalnız rus dilində yazırdı! Mən düşünürəm ki, rus dilini öyrənənlərin hamısı bizim düşmənlərimizdir. Bağışlayın!”.

Qeyd: Bir neçə gündür Azərbaycanda rus dilində təhsilin ləğv olunması barədə müzakirələr başlayıb. Ç.Abdullayev isə bunun yanlış olduğunu bildirmişdi. Daha sonra isə qeyd olunan kinayəli açıqlama ilə çıxış edib.

Həmçinin oxuyun

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada:”Qalib kimi gəlmişik”

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu …