Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışıb: “Bilmirəm, Azər Paşa Nemətov…”

Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışıb: “Bilmirəm, Azər Paşa Nemətov…”

Akademik Rus Dram Teatrının aktyoru, Teatr Xadimləri İttifaqının üzvü Rüfət Nəzər ittifaqda yaşanan qalmaqala münasibət bildirib. 

Musavat.com saytına açıqlama verən aktyor Azər Paşa Nemətovun yenidən Teatr Xadimləri İttifaqına sədr seçilməsinə belə münasibət bildirib: “Hazırda ölkəmizdə islahatlar gedir. Maaşlarımız da artıb. Əslində, Azər müəllimin ünvanına nə isə demək istəmərəm. O, çox hörmətli və bacarıqlı insandır, sənətkardır. Ola bilər ki, bəzi şeyləri bilmir. Məsələn, mənə bir neçə gün öncə keçirilən Teatr Xadimləri İttifaqının konfransına dəvətnamə gəlməyib. Amma təqdim edilməli idi. Çünki Teatr Xadimləri İttifaqının fəal üzvüyəm.

Mən Azərbaycanın Fəxri Mədəniyyət işçisiyəm. İttifaqın əvvəlki konfransında iştirak etmişəm. Bu dəfə nədənsə yaddan çıxdım. Ola bilsin ki, dəvətnamə gəlib, teatrda mənə çatdırmayıblar.

Amma yeni baxışlar lazımdır, modernləşməliyik. Əslində bilmirəm ki, Azər Paşa müəllim xaricə gedib, yeniliklər gətirib, tövsiyyə edib, konfranslar keçirib, yoxsa yox. Baxmayaraq ki, Teatr Xadimləri İttifaqının üzvüyəm, xəbərim yoxdur…”

O, fəxri adlardan da danışıb: “Beynəlxalq layihələrə tez-tez dəvət alıram. Hazırda Hindistan filmində oynayıram. Qazaxıstana səfərim gözlənilir. Mənə “Niyə xalq artisti deyilsən” sualını verənlərə cavab verirəm ki, beynəlxalq artistəm. Təbii ki, bu bir zarafatdır”. 

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …