Ana səhifə / Cəmiyyət / Ru­ha­ni rəs­mi İrə­va­nın uy­dur­ma ge­no­sid oyu­nu­na uy­ma­dı

Ru­ha­ni rəs­mi İrə­va­nın uy­dur­ma ge­no­sid oyu­nu­na uy­ma­dı

Ra­miz Ta­ğı­yev: “Tə­bii ki, bu­nu yal­nız al­qış­la­ya bi­lə­rik”

İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin ötən ilin son­la­rın­da Er­mə­nis­ta­na et­di­yi sə­fə­rin er­mə­ni mət­bu­a­tın­da ge­niş işıq­lan­dı­rıl­ma­ma­sı­nın sə­bə­bi bəl­li olub. Hə­sən Ru­ha­ni er­mə­ni­lə­rin çox şey um­du­ğu gö­rüş ön­cə­si on­la­ra əsl şok ya­şa­dıb.
“Ar­me­ni­an­re­port” xə­bər ve­rir ki, sə­fər ha­zır­lıq­la­rı ərə­fə­sin­də İran pre­zi­den­ti­nin ad­mi­nistra­si­ya­sı er­mə­ni tə­rə­fi­nə mü­ra­ci­ət edə­rək, sə­fər za­ma­nı qon­dar­ma “soy­qı­rım” abi­də­si zi­ya­rə­ti­nin pro­to­kol­dan çı­xa­rıl­ma­sı­nı is­tə­yib. Be­lə­lik­lə, İran pre­zi­den­ti sö­zü­ge­dən abi­də­ni zi­ya­rət et­mə­yib və tə­bii ki, onun qar­şı­sın­da baş əy­mək zo­run­da da qal­ma­yıb. Sayt ya­zır ki, öl­kə ic­ti­ma­iy­yə­ti İran pre­zi­den­ti­nin bu hə­rə­kə­ti­ni “er­mə­ni­lə­rin mil­li lə­ya­qət his­si­nə vu­ru­lan şil­lə” ki­mi qə­bul edib. Mə­sə­lə bu­ra­sın­da­dır ki, ap­rel mü­ha­ri­bə­sin­dən son­ra Qa­ra­bağ mü­na­qi­şə­si­nin özü­nə sərf edən şə­kil­də həll olu­na­ca­ğı mə­sə­lə­sin­də Ru­si­ya­dan əli­ni üzən Er­mə­nis­tan son dövrlər üzü­nü İra­na çe­vir­mək­lə, onu özü­nə ar­xa ola­raq gö­rür­dü. Üs­tə­lik, Tür­ki­yə-Ru­si­ya mü­na­si­bət­lə­rin­də buz­la­rın ta­ma­mi­lə əri­mə­si düş­mən öl­kə­ni kə­nar­da özü­nə da­yaq ax­tar­ma­ğa sövq edir­di. Bu mə­na­da İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin Er­mə­nis­ta­na sə­fə­ri ora­da bö­yük hə­yə­can­la göz­lə­nir­di. Sö­zü­ge­dən sə­fər­dən cə­mi bir ne­çə gün ön­cə İs­ra­il baş na­zi­ri­nin Azər­bay­ca­na sə­fə­ri və bu öl­kə­nin rəs­mi Ba­kı ilə si­lah alış-ve­ri­şi­nə da­ir sə­nəd im­za­la­ma­sı bu hə­yə­ca­nı bir qə­dər də ar­tı­rır­dı. Bü­tün bun­lar­dan son­ra Ru­ha­ni­nin bu öl­kə­də eh­ti­yat­lı möv­qe sər­gi­lə­mə­si isə bu hə­yə­ca­nı mə­yus­luq­la əvəz edib.
Sayt ona da diq­qət çə­kir ki, İran pre­zi­den­ti Qa­ra­bağ mü­na­qi­şə­sin­dən da­nı­şar­kən ümu­mi söz­lər­dən is­ti­fa­də edib, Dağ­lıq Qa­ra­ba­ğı “res­pub­li­ka” ad­lan­dır­ma­yıb. Bu isə Er­mə­nis­tan­da qı­cıq ya­ra­dıb. Bil­di­ri­lir ki, Hə­sən Ru­ha­ni bu­nun­la “Azər­bay­ca­nın xət­ri­nə dəy­mək is­tə­mə­yib”. Bü­tün baş ve­rən­lə­rə gö­rə pre­zi­dent Sar­kis­ya­nı qı­na­yan sayt son­da onu “üzü­nə tü­pü­rü­lər­kən “ya­ğış ya­ğır” de­mək­dən vaz keç­mə­yə” ça­ğı­rır.
İran pre­zi­den­ti­nin er­mə­ni­lə­ri mə­yus edən dav­ra­nı­şı­na ne­cə mü­na­si­bət bəs­lə­mək olar?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev   Ru­ha­ni­nin Er­mə­nis­tan­da­kı bə­zi dav­ra­nış­la­rı­nı nor­mal sa­yır:

“Yax­şı olar­dı ki, İran Er­mə­nis­tan­la bağ­lı ümu­miy­yət­lə fərqli si­ya­sət yü­rü­də idi. İran pre­zi­den­ti­nin Er­mə­nis­ta­na sə­fə­ri də fərqli za­ma­na tə­sa­düf et­di. İs­ra­i­lin baş na­zi­ri­nin Ba­kı­ya et­di­yi sə­fə­rə eti­raz bil­di­rən İra­nın döv­lət baş­çı­sı dər­hal İrə­va­na get­di. Tə­bii ki, İra­nın Er­mə­nis­ta­na yö­nə­lik lo­yal dav­ra­nı­şı bi­zim öl­kə­də bir­mə­na­lı qar­şı­lan­mır. Bu, di­ni cə­hət­dən də doğ­ru de­yil. Çün­ki on­lar mü­səl­man olan bir öl­kə­nin tor­paq­la­rı­nı iş­ğal edib, əha­li­si­nə di­van tu­tub­lar. Ona gö­rə di­ni as­pektdən ya­na­şı­ram ki, İran te­ok­ra­tik bir öl­kə­dir. İrə­va­na sə­fər edən döv­lət rəs­mi­lə­ri, pro­to­ko­la uy­ğun ola­raq, qon­dar­ma “soy­qı­rım” abi­də­si­ni zi­ya­rət edir. An­caq İran pre­zi­den­ti hə­min de­ta­lı əv­vəl­cə­dən pro­to­kol­dan çı­xartdı­rıb. Tə­bii ki, bu­nu yal­nız al­qış­la­ya bi­lə­rik. Am­ma bir da­ha tək­rar edi­rəm ki, ha­zır­da Er­mə­nis­ta­nın İra­na bö­yük eh­ti­ya­cı var, Teh­ra­nın on­la­ra yox. Bu ba­xım­dan da İran Er­mə­nis­ta­na haqq yo­lu­nu qə­bul et­dir­mək üçün bir qə­dər təz­yiq­lər edə bi­lər. Bu bi­zi lap se­vin­di­rər”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …

Bir cavab yazın