Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət /  Rövşən Lənkəranskinin məzarını 24 saat qoruyan kimlərdir? – Taleh Qaraşovun köməkçisi sualdan niyə yayınır?

 Rövşən Lənkəranskinin məzarını 24 saat qoruyan kimlərdir? – Taleh Qaraşovun köməkçisi sualdan niyə yayınır?

“Qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) ölümü bütün mətbuatı silkələyib. Hal-hazırda da onun ölümü ilə bağlı müxtəlif fikirlər yayılmaqdadır. Maraqlı məqamlardan biri isə onun məzarının günün 24 saatı naməlum şəxslər tərəfindən qorunmasıdır. Belə ki, məlumatlara görə, Rövşən Lənkəranskinin yaxın dostu onun məzarı üzərində “Yasin” oxutdurmaq istəsə də maşında məzara keçik çəkən naməlum şəxslər ona mane olub.

Cebhe.info Lənkəran şəhər qəbiristanlığının mühafizəsi ilə məşğul olan şəxslərlə əlaqə saxlasa da onlar bu barədə məlumatlı olmadıqlarını bildiriblər:

“Bu haqda məlumatımız yoxdur. Onların kimliyi haqqında heç nə bilmirik. Belə bir hadisənin baş verdiyi haqqında da heç bir məlumatımız yoxdur. Ən yaxşısı siz Rayon İcra Hakmiyyyəti ilə əlaqə saxlayın. Ən düzünü onlar bilmiş olarlar”.

Lənkəran rayon İcra Hakimiyyətinin əməkdaşı, özünü icra başçısının köməkçisi kimi təqdim edən Elnur müəllim də eyni sözləri təkrarladı: “Bizim bu haqda heç bir məlumatımız yoxdur. Bunu ən yaxşısı rayonun hüquq- mühafizə orqanlarından dəqiqləşdirin. Bizim rayon olsa da məlumatımız yoxdur”.

Rayonun polis idarəsinə zəng etdik. Dəstəyi götürən sahə inspektoru, polis kapitanı Nurəliyev Güloğlan sualı sona ədər dinləmədən “Yox, yox, biz heç nə bilmirik, heç nə görməmişəm, heç nə eşitməmişəm. Mətbuat bilmirəm, bizim nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın. Ən düzünü onlar bilir, mənim heç nədən məlumatım yoxdur”,- deyə cəld cavab verdi.

Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın