Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Rövnəq Abdullayev “Total”ın Türkiyədəki “zapravka”larını alır

Rövnəq Abdullayev “Total”ın Türkiyədəki “zapravka”larını alır

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Fransanın “Total” şirkətinnin Türkiyədəki yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır.

“Trend”-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır. Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də “Total”ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub.

SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir.

Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur.

Hazırda SOCAR Türkiyədə “Star” neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …

Bir cavab yazın