Ana səhifə / Cəmiyyət / Rövnəq Abdullayev az pul xərcləyəcək 

Rövnəq Abdullayev az pul xərcləyəcək 

SOCAR-da 2015-ci ilin yekunları ilə bağlı iclas keçirilib.

Virtualaz.org şirkətin saytına istinadən bildirir ki, SOCAR prezidenti Rövnəq Abdullayev dünyada mövcud iqtisadi durumun bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini bəyan edib.

Dünyadakı mövcud iqtisadi durum fonunda Azərbaycan üçün 2015-ci ilin istehsalat nəticələri qənaətbəxş sayılıb. Daha sonra R.Abdullayev Trans-Anadolu qaz boru kəməri (TANAP), “Star” neft emalı zavodu və “Petlim” limanının tikintilərini vacibliyini vurğulayıb. “

Azərbaycanda həyata keçirilən layihələr uğurla davam edir, amma şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid prosesləri sürətləndirilməldir” deyə SOCAR rəhbəri qeyd edib.

Neft-qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyini prioritet vəzifə sayan R.Abdullayev bu sahəni qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə adlandırıb.

A.Abdyullayevə görə, 2016-cı ildə SOCAR-ın dayanıqlığının qorunması və saxlanması məsələsi də prioritet istiqmətlər sırasndaıdır.

SOCAR-a aid idarə və müəssisələrin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, xərclər və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SOCAR prezidenti şirkətin dayanıqlığının artırılması yönündə konkret tapşırıqlar verib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın