Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / RİZVAN VAHABOVUN QOHUMU TÜRKİYƏDƏKİ HADİSƏLƏR ZAMANI SNAYPERLƏ VURULDU

RİZVAN VAHABOVUN QOHUMU TÜRKİYƏDƏKİ HADİSƏLƏR ZAMANI SNAYPERLƏ VURULDU

Türkiyədəki hərbi cevriliş  cəhdinin acı nəticələri Türkiyə vətəndaşları ilə qohum olan azərbaycanlılardan yan keçməyib.
Əldə etdiyimiz məlumata görə hadisələr zamanı YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun ailəsinə ağır itki üz verib.
Şura üzvü bizimlə söhbətində xəbəri təsdiqləyib və bildirib ki, qardaşı qızının həyat yoldaşı türkiyəli Mahmud bəy iyulun 15-də qiyamçılar tərəfindən qətlə yetirilib:

“Mahmud qardaşım Rzanın qızı Nigar xanımla bir-neçə il əvvəl ailə qurmuşdular. Bir oğulları var. Mahmud iş adamıdır. Bakıda yaşayırdılar. Hadisədən bir-necə gün qabaq Mahmud bəy ata-anasına baş çəkmək üçün ailəsi ilə birlikdə İstanbula getmişdi. Qiyam baş verən gecə Mahmud bəy Türkiyə prezidentinin çağırışına dəstək məqsədi ilə küçəyə çıxıb və snayperlə vurulub”.

Azinforum.az

Həmçinin oxuyun

Xalq artisti Əjdər Həmidov vəfat etdi

Xalq artisti, aktyor Əjdər Qüdrət oğlu Həmidov vəfat edib. Bu barədə Azərbaycan Dövlət Akademik Milli …

Bir cavab yazın