Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / RİZVAN VAHABOVLA  HABİL VƏLİYEVİN MƏHKƏMƏSİ  BİRİNCİ İNSTANSİYADA  YEKUNLAŞDI

RİZVAN VAHABOVLA  HABİL VƏLİYEVİN MƏHKƏMƏSİ  BİRİNCİ İNSTANSİYADA  YEKUNLAŞDI

Dekabrın 23-də  Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Əkbər oğlu Vahabovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Hüseyn Səfərov məhkəmə prosesini açıq elan etdikdən sonra iclasda iştirak edən şəxslərin kimliyi ilə maraqlandı. Və tərəflərə məhkəmə işi ilə bağlı ətraflı məlumat verdi. Bu zaman məlum oldu ki, dövlət tərəfindən Habil Vəliyevin müdafiəsi üçün ayrılmış, lakin baş redaktorun ehtiyac olmadığı üçün imtina etdiyi 1 saylı Hüquq Məsləhətxanasının vəkili Mehman Abbasov prosesdə iştirak etmir. Məhz elə bu səbəbdən də hakim 20 dəqiqəlik fasilə elan etdi.

Fasilədən sonra, Habil Vəliyev yazılı formada vəkildən imtina etdi. Hakim iddiaçı tərəfdən  şikayətlərini müdafiə etdib -etmədiklərini soruşdu. Onlar işin məhkəmə baxışına çıxarılmasını tələb etdilər. Habil Vəliyev isə, vəsatətlə çıxış edərək işin məhkəmə baxışına çıxarılmasının əleyhinə olduğunu bildirdi.  Daha sonra hakim iclasa davam etdi.

Nəticədə məhkəmə Rizvan Əkbər oğlu Vahabov tərəfindən Vəliyev Habil Allahverdi oğluna Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq qərara aldı ki, Vahabov Rizvan Əkbər oğlunun Vəliyev Habil Allahverdi oğlu barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayəti əsassız olduğundan, onun məhkəmənin icraatına qəbul olunmasından imtina olunsun.

Prosesdən sonra məhkəmədə iştirak edən Azinforum.az-ın əməkdaşı tərəflərdən hakimin verdiyi qərara münasibət öyrənib.  Məlum olub ki, Habil Vəliyev  məhkəmənin qərarını obyektiv hesab edir: “Mən, iddia ərizəsi ilə tanış olanda bildim ki, bu işin heç bir perspektivi yoxdur. Bu məhkəmə baxışında mənim qənaətim öz hüquqi əsasını da tapmış oldu. Obyektiv qərara görə hakimə təşəkkür edirəm”

riz

İddiaçı Rizvan Vahabov isə, məhkəmənin qərarı ilə razı olmadığını deyib:

“Hesab edirəm ki, işin məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər dəlil və sübutlar vardı. Düzü, məhkəmənin son qərarı məni təəccübləndirdi.  Qərarı alandan sonra, məsələnin bütün detalları ilə bağlı apelliyasiya şikayəti verəcəyik. Qarşıdan Yeni İl  və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü gəldiyi səbəbindən hələlik bu istiqamətdə olan işləri 2016-cı ilə saxlayırıq. Bilirsiniz ki, Azərbaycandakı məhkəmə bir instansiyalı deyil. Daha yuxarı instansiyalara müraciət etmək fikirimiz var”.

Azinforum.az

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …

Bir cavab yazın