Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “RİYAD” MÜHAFİZƏ RƏSMİSİNDƏN “NİGAR” KLİNİKASINA BASQIN İDDİASINA CAVAB – AZİNFORUM.AZ-I TƏHDİD EDƏN ARZU ŞAHBAZOVA KİMDİR? (VİDEO)

“RİYAD” MÜHAFİZƏ RƏSMİSİNDƏN “NİGAR” KLİNİKASINA BASQIN İDDİASINA CAVAB – AZİNFORUM.AZ-I TƏHDİD EDƏN ARZU ŞAHBAZOVA KİMDİR? (VİDEO)

Noyabrın 5-də  mediada Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olması ilə bağlı yayılan xəbər ciddi rezonansa səbəb oldu. Bu məlumatı KİV-lər özünü  “Nigar” klinikasının təsisçisi, kimi təqdim edən professor  Şahbaz Şahbazovun dedikləri fikirlər əsasında  yaymışdılar. Azinforum.az olaraq, həmin xəbəri ilkin mənbəyə istinadən biz də təqdim etmışik. Bundan sonra, bizimlə həmin klinikanın təsisçısi olan “Riyad-Renta” şirkətinin ofisindən əlaqə saxladılar və yazılanların həqiqətə uyğun olmadığı ilə bağlı iradlarını bildirdilər.  

 

Bizim obyektivliyi ortaya çıxarmaq istəyimizi nəzərə alan şirkət, bu   mövzu istiqamətində araşdırma aparmaq niyyətimizə müsbət cavab verdi.  Bu xüsusda apardığımız dolğun araşdırma  saytımız tərəfindən oxuculara təqdim edilib. Araşdırmalarımızda Şahbaz Şahbazovun onun barəsində  xüsusi öyrədilən adamalar vasitəsilə müxtəlif qurumlara şikayətlərin ünvanlandığı ilə bağlı səsləndirdiyi iddia ilə maraqlanan zaman, professordan şikayətçi olan bəzi adamlarla görüşdük, bəzi şikayətlərə aid olan materiallar isə araşdırılması üçün bizə təqdim olundu. Həmin materialları da,  informasiya balansını qorumaq şərtilə oxuculara təqdim etdik və qeyd etdik ki, professorun onları aldatdığı iddiası ilə mediaya, ölkə başçısına, müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə hüquqi qiymət vermək səlahiyyəti əlaqədar qurumların səlahiyyətinə aiddir.

 

sh

 Daima obyektivliyi qoruyan media qurumu olaraq, biz bütün yazılarımızda qeyd etmişik ki, məqalədə  adları çəkilən şəxslərin istənilən iradını və mövqeyini dinləməyə hazırıq. Əvəzində nə ilə rastlaşdıq?

Bir neçə gündür ki, özünü professor Şahbaz Şahbazovun həyat yoldaşı kimi təqdim edən Arzu Şahbazova adlı xanım apardığımız araşdırmalara görə, redaksiyanın müxtəlif əməkdaşlarını və baş redaktorunu ən pis formada təhqir və təhdid edir. Arzu Şahbazovanın danışıq tonundan  və səsləndirdiyi fikirlərdən bu nəticəyə gəlmək olar ki, hansısa yollarla çox böyük sərvət əldə etmiş bu adamlar əllərində olan maddi imkanlar və müxtəlif rıçaqlar vasitəsilə istənilən jurnalistə təzyiq etmək iqtidarında olduğunu düşünürlər. Olduqca yalnış və Azərbaycan reallıqlar üçün xarakterik olmayan düşüncə tərzidir.

Xatırladaq ki, bizim hazırladığımız məqalələrin heç birində Arzu Şahbazova adlı adamın adı çəkilməyib.  Baxmayaraq ki, “Riyad-Renta” tərəfindən bizə Şahbaz Şahbazovun xanımının Həsən Əliyev küçəsindəki “Çilçıraq ” mağazası və Sumqayıt maşın bazarına etdiyi hücüm və həmin zaman hansı  davranışlar və nalayiq ifadələrdən istifadə etməsinə  dair materiallar təqdim olunmuşdu.  Həmin mövzunun bizim araşdırma obyekinə uyğun olmaması, həm də, Arzu Şahbazova tərəfindən işlədilən söyüşlərin cəmiyyətə təqdim edilməsinin etika prinsiplərinə görə məqbulsuzluğu bizi sözügedən materialları işıqlandırmaqdan çəkindirdi.

Buna baxmayaraq , iş saatlarına uyğun olmayan vaxtlarda, xüsusilə də gecə saatlarında Arzu Şahbazova bir neçə dəfə  bizi peşə fəaliyyətimizin imkan verdiyi kriteriayalar çərçivəsində apardığımız araşdırmalara görə, müxtəlif üsullarla təhdid və təhqir edib. Sonuncu dəfə isə bu xanım bizə zəng edərək  güya onun rəhmətə getmiş  hansısa doğması barədə informasiya yaydığımızı  bildirib və yenidən bizi təhdid edib. Azinforum.az olaraq bildiririk ki, deyilən məsələ ilə bağlı olunan şikayətin üstündən biz “mənəvi məsələ olduğu üçün toxunmuruq”  yazmaqla,  sükütla  keçmişik.  Xatırladırıq ki, Arzu xanımı narahat edən  sonuncu  məsələ ilə bağlı hansısa sosial şəbəkələr və  KİV-lərdə belə bir məlumat yayılıbsa, ona biz məsuliyyət daşımırıq.  Azinforum.az İnformasiya Portalı olaraq biz yalnız öz saytımız vasitəsilə işıqlandırılan materallarla bağlı hüquqi və mənəvi məsuliyyət daşıyırıq. Arzu Şahbazovanın diqqətinə bir faktı da çatdırmaq istəyirik ki, biz sivil və hüquqi dövlətdə yaşadığımız üçün, medianın qarşısını onun seçdiyi üsüllarla almaq mümkünsüzdür.

 

logo

 

Obyektiv və qərəsiz media orqanı olduğumuz üçündür ki, Azinforum.az yarandığı gündən bir dəfə də olsun  məhkəməyə verilməyib, barəmizdə hansısa quruma şikayət edilməyib.  Anlayırıq ki,  yazılan məqalələrlə bağlı hər vətəndaşın və ya qurumun   irad bildirmək, mövqeyinin dərcini tələb etmək və bütün bu vasitələr tükəndikdə isə sonuncu addım kimi məhkəməyə müraciət etmək hüququ var və biz bütün bu vasitələrlə bağlı müəyyən olunan təməl haqlarına hörmətlə yanaşırıq.  Bizim barəsində bir kəlmə də olsun yazmadığımız Arzu Şahbazovanın isə nəzərinə çatdırırıq ki, Azinforum.az İnformasiya Portalı onun üçün nə “Çilçıraq” mağazasıdır, nə də Sumqayıt maşın bazarı. Onun tərəfindən belə şantaj üsullarından bir daha istifadə olunarsa,   mediaya edilən qanundankənar təzyiq vasitələrinin aradan qaldırılmasını əlaqədar qurumlardan tələb etmək haqqını özümüzdə saxlayırıq. Məsələnin maraqlı olan başqa bir aspekti isə professor Şahbaz Şahbazovun davranışları ilə bağlıdır. Görəsən, niyə professor barəsində səsləndirilən konkret ittihamlara onun özü deyil, həyat yoldaşı özünəməxsus tərzdə cavab verir?

Biz  “Riyad-Renta” ilə əlaqədar iki məqalə təqdim etmişik.  Birinci məqalənin dərcindən sonra.  Şahbaz Şahbazovun həyat yoldaşı redaksiyamıza zəng edərək məqalənin müəllifilə danışmaq istədiyini bildirib. Həmin jurnalistlə onu çalaşdırdıqda, Arzu xanım məqaləni çox bəyəndiyini deməklə jurnalistə xüsusi təşəkkürünü bildirmiş və onu təkidlə klinikaya dəvət edib. İradı isə yalnız həyat yoldaşı ilə bağlı gedən yazıda professorun ağzı açıq şəkilinin verilməsi ilə bağlı olub. Əməkdaşlarımız onun klinkiya dəvətini qəbul etməyib, eyni zamanda,  məsləhət görülüb professorun ağzının açıq olması ilə bağlı iradı bizə yox, Şahbazovun şikayət üçün getdiyi redaksiyaya bildirsin.

İkinci məqalənin dərcindən sonra isə Arzu Şahbazova bizi söyməyə və təhdid etməyə başladı. Məntiqə baxın, məqalə xoşlarına  gəlirsə təşəkkür  bildirirlər, əksinə olanda isə  söyüş və təhqir yağdırırlar. Qəribə paradoksdur(?!). Yenidən qayıdaq araşdırmaq istədiyimiz mövzuya. Əslində,  bu mövzu ətrafında jurnalist araşdırılmasının aparılması  Şahbazovların özünün ürəyincə olmalıdır. Çünki onların ortaya qoyduğu iddialar əsasında heç bir media qurumu dərin araşdırma aparmağa girişməyi özünə borc bilməyib.  Səbəblər müxtəlif ola bilər. Buna toxunmuruq…

 

nig

Professaor Şahbazov mediaya verdiyi müsahibədən bir sitat:

“… Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus “Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də “Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”.

Biz ötən yazılarımızda  bu iddialarla bağlı adları çəkilən- İlham Qurbanov və   İlham Məmmədovun   mövqeyini öyrəndik. Ancaq “Riyad” mühafizə şirkətinin rəhbərliyi ilə əlaqə yarada bilmədik.  Nəhayət, ötən gün mühafizə xidməti tərəfindən bizim  müsahibə götürmək istəyimizə müsbət cavab verildi. Ən maraqlısı isə budur ki, sözügedən mühafizə xidməti də bizim buna qədər  yazdıqlarımızdan razı deyil. “Riyad” şirkətinin rəsmisi bizə bildirdi ki, bir neçə KİV-i məhkəməyə verməyə hazırlaşır və həmin saytların sırasında biz də varıq. Azinforum.az olaraq bizim üçün bu mövzunu maraqlı edən mövzu  bilirsiniz nədir? Görəsən,  Azərbaycanın indiki dönəmində,   günün günorta cağı harasa basqın edib, kiminsə oyektini zorla əlindən almaq mümkündürmü? Şahbaz Şahbazovun iddialarından doğan  bu suallarla bağlı həmsöhbətimiz “Riyad” Mühafizə və Təhlükəsizlik Xidmətinin baş idarə rəisinin müavini Bəhruz Sadıxov oldu. Azinforum.az onunla videomüsahibəni təqdim edir.

 

s1

s2

s3

AZİNFORUM.AZ ARAŞDIRMA QRUPU

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın