Bazar , Sentyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Restoranlarla bağlı yeni qaydalar müəyyənləşdi

Restoranlarla bağlı yeni qaydalar müəyyənləşdi

Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində çalışan heyətin dəyişəkli təmiz iş geyimi ilə təmin olunması vacibdir.

AQTA-dan bildirilib ki, qida məhsulları ilə təmas edərkən baş örtükləri (bone) və əlcəklərdən istifadə olunmalıdır.

Qeyd edək ki, iş prosesində geyinilmiş paltarların yüksək temperaturda yuyucu vasitələrlə yuyulması tövsiyə olunur. Bununla yanaşı ictimai iaşə müəssisələrində qida məhsullarına açıq əllə toxunulması yolverilməzdir. Xidməti əşya və avadanlıqlar isə istifadə olunduqca mütəmadi dəyişdirilməli, fərqli bölmələrdə saxlanılmalı, eyni zamanda istifadə edilməzdən əvvəl və sonra təmizlənib, dezinfeksiya olunmalıdır.

Həmçinin oxuyun

Nəsir Əhmədlinin universitetə buraxılmaması “qayğı” kimi qəbul edilməlidir – AÇIQLAMA

Bəzi mətbuat orqanlarında “BDU rektorundan ustad jurnalistə sayğısızlıq: Professor Nəsir Əhmədli universitetə buraxılmadı” başlıqlı qərəzli …