Ana səhifə / Cəmiyyət / Restoranlarda iftar süfrəsi neçəyədir? – QİYMƏTLƏR

Restoranlarda iftar süfrəsi neçəyədir? – QİYMƏTLƏR

Artıq sabahdan etibarən 11 ayın sultanı müqəddəs Ramazan ayı başlayır. Bununla əlaqədar olaraq oruc tutan vətəndaşlarımız üçün restoranlar Ramazan menyuları hazırlayıblar. İftar və imsak üçün fərqli təamlar təklif edən restoranlarda qiymətlər də elə fərqlidir.

Müxtəlif suplar, salatlar və isti yeməklər. Ramazan ayında iftar və imsak süfrələrini bir-birindən ləzzətli təamlar bəzəyəcək. Bununla əlaqədar olaraq artıq restoranlar menyuları və qiymətləri müəyyənləşdiriblər.

Hər bir restoran təklif etdiyi təamlara görə standart qiymət paketi hazırlayıb. Hazır menyularda yeməklər hər günə özəl olaraq dəyişir.

Qiymətlər təklif olunan paketlərdəki yeməklərə və onların sayına görə dəyişir.

İmsak süfrələri ilə bağlı menyuların qiymətlərinə gəldikdə isə, açıq masa şəklində təklif olunan standart paketlər 10-25 manat arasında dəyişir.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …