Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Repititorluqla məşğul olan şəxslərdən VÖEN tələb olunması nələri dəyişəcək? — Ekspert

Repititorluqla məşğul olan şəxslərdən VÖEN tələb olunması nələri dəyişəcək? — Ekspert

Karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aprelin 27-dən qaldırılması barədə Baş Nazirin qərarına görə repititorlar da fəaliyyətlərini davam etdirə bilərlər. Amma bunun üçün artıq repititorların VÖEN-i olmalıdır.


Ümumiyyətlə repititorluğun rəsmiləşdirilməsi hansı anlama gəlir? Bu prosses dövlət məktəblərinin nüfuzuna necə təsir edəcək və faktiki olaraq Azərbaycanda pulsuz təhsilin ortadan qaldırılmasının rəsmiləşdirilməsi kimi qəbul edilə bilərmi? Həmçinin repititorların neçə faizinin VÖEN-i var və pandemiya dövründə repititordan dövlətin vergi tələb etməsi nə qədər doğrudur?

Sadalanan sualların cavabını Yeniavaz.com-a təhsil eksperti Qoşqar Məhərrəmov verib. O bildirib ki, repititorlar və onların yanına hazırlığa gedən şagirdlərin vergiyə cəlb olunması gözlənilən hal idi: “Əgər onlar gəlir əldə edirsə vergi verməlidir. Bu təbii haldır. Amma bəzən repititorlar şagirdlərin mütəmadi gəlmədiyini əsas gətirərək bunun sistemli gəlir mənbəyi olmadığını və vergisini də verməyin çətin olacağını deyirlər. Əsasən də regionlarda repititorluğun gəlirinin az olduğunu əsas götürərək vergi qeydiyyatına düşməyin marağında deyillər. Düşünürəm ki, belə çətin prosesdə müəllimlərdən bunu tələb etmək bütün gəlirləri leqallaşdırmaq prosesini sürətləndirmək məqsədi daşıyır. Müəllimlər karantin müddətində repititorluq fəaliyyətinə davam etmək istəyirlərsə onlar vergi qeydiyyatına düşməli, icazə.gov.az saytından icazə almalıdırlar ki, şagirdlər onların yanına rahatlıqla gedib-gələ bilsinlər. Bütün repititorların vergi qeydiyyatına düşməsi gözlənilmir. Lakin mərkəzi şəhərlərdə daha böyük çapda repititorluqla məşğul olan şəxslər vergi qeydiyyatına düşəcək və düşməlidir”.

Təhsil ekspertinin sözlərinə görə, repititorluqla məşğul olan şəxslərdən VÖEN tələb olunmasının səbəbi nəzarətsiz və kütləvi repititorluq fəaliyyətinin qarşısını almaqdır: “Dövlət repetitorluğun rəsmiləşdirilməsinə deyil də, sırf vətəndaşın sağlamlıq təhlükəsizliyi, eləcə də bundan yaranmış məqamlardan dolayı vergidən yayınma hallarının qarşısını almağa meyillidir. Lakin düşünürəm ki, bütün repititorların vergi ödəyicisi olub-olmaması kontrol edilə bilməyəcək bir haldır”.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …