Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Rektor 12 illik təhsilə keçid istəyir: “Qərb standartlarına tam uyğunlaşmalıyıq”

Rektor 12 illik təhsilə keçid istəyir: “Qərb standartlarına tam uyğunlaşmalıyıq”

Bir çox Qərb ölkələrində orta təhsil 12 il olsa da,  Azərbaycanda bu sistemə hələ də keçilməyib. Halbuki, bu, “Təhsil haqqında qanun”da yer alıb. Əksər mütəxəssislərin fikrincə, 12 illik təhsil sisteminə keçidlə təmayülləşmə prosesi də tamamlanacaq.
“Müasir təhsil sisteminin tələblərini tam əks etdirmək, onlara cavab vermək üçün  bizdə bir məsələ var ki, ləngiyir. Və onun ləngiməsi bütövlükdə  təhsil sisteminin  məntiqli  şəkildə  səviyyələrinin bir-birinə bağlanmasını da müəyyən qədər ləngidir”.
Bu sözləri azedu.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
Onun  sözlərinə görə, bu ləngimə tam orta təhsilin 12 ilə keçməməsi ilə bağlıdır:
“Baxmayaraq ki, bu təhsil haqqında qanunda da öz əksini tapıb. Təəssüflər olsun ki, bu proses ləngiyir. Biz qərb bakalavr, magistr  sistemini qəbul etmişik və 5 illik ali təhsili 4 ilə endirərək bununla kifayətlənirik. Onda  orta məktəbin təhsil ilini  artırıb, həmin qərb standartlarına tam uyğunlaşdırmalıyıq. Orta məktəbi  bitirib universitetə gələn gənc  son 11-12-ci sinifləri bir qədər ixtisaslaşmış təhsil  almalıdır. Və universitet təhsilinə hazırlaşmalıdır. Universitet 3 il yarımdır, yarım il isə təcrübədir. O zaman tələbə  bu müddətdə yalnız və yalnız  ixtisasına yönələr. Həmçinin ali təhsil müəssisləri də ümumi ali təhsil deyil, ixtisas təhsili verməyə istiqamətlənər. Düşünürəm ki, 12 illik orta təhsil haqqında daha ciddi qərarlar qəbul edilməsinin vaxtı gəlib çatıb”.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …