Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / RAUF ARİFOĞLU  ARİF HACILIYA “PONYATKA”  VERDİ – MUSTAFA HACIBƏYLİDƏN  JARQONLU CAVAB GƏLDİ

RAUF ARİFOĞLU  ARİF HACILIYA “PONYATKA”  VERDİ – MUSTAFA HACIBƏYLİDƏN  JARQONLU CAVAB GƏLDİ

 

Azinforum.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasındakı söz atışması davam edir.  Maraqlıdır ki, Rauf Arifoğlu yaranmış vəziyyəti kriminal aləmin  dəyərləri prizmasından şərh edib və Arif Hacılını “xlebnik”ini satan  kimi qiymətləndirib.  Bu yanaşma təsadüfən ortaya çıxmayıb. Çünki 2003-cü il hadisələrindən sonra, onlar Bayıl türməsində bir kamerada cəza çəkiblər.  Azinforum.az Rauf Arifoğlunun  deyilən məzmunlu statusunu olduğu kimi təqdim edir: 

“İki dəfə həbs olundum, qapalı və açıq tipli 3 həbsxana gördüm. İki sinifdən “xlebnik”lərim oldu! Siyasətçilərdən və “oğru dünyası”ndan. Allahın yazısıdır, edəcək bir şey yoxdur. Bir jurnalist olaraq, 13-cü zonda “bratva” ilə keçirdiyim günlər ömrə bədəldir. O günlərə dair gündəlik janrında kitabım da var.
Bilənlər bilir, “oğru dünyası” üçün “xlebnik” demək, müqəddəs , toxunulmaz, doğmaların qədər yaxın və unudulmaz, uğrunda ölünəcək adam deməkdir. Bu prinsipi pozub, “xlebnik”inə qarşı getmək, onu ayağa vermək və onunla bağlı hansısa neqativ fikirləri ictimailəşdirmək, başqasına qeybət etmək xüsusi hadisə – “zapadlo” sayılır və bunun üçün fövqəladə müzakirələr qurulur”- deyə, qeyd edən baş yazarın yazdığına görə, haqlı olduğunu sübuta yetirə bilməyən tərəfə amansız cəzalar verilir, gözdən salınır, bəzən bütöv zonda ona salam belə verilmir: “Siyasətdən olan “xlebniklərim”dən “oğru dünyası”nda “zapadlo” kimi qiymətləndiriləcək addım atanlar oldu… Yerdə qalanlara çox şükür. Amma mən onların hamısı üçün sonuna qədər mücadilə etdim, edirəm; haqsız olanda da ayağa vermədim, vermirəm…

Bəzən deyirlər, filan məsələni niyə əvvəldən demirdin, yazmırdın… Çünki qarşımdakı bir “xlebnik” – 7.5 kvadratmetrlik kamerada 107 gün çörək və taleyimi paylaşdığım biri olub. Mən o günləri unudammıram….

Derim ki, heç olmasa, çörək məsələsində siyasətçilər də “oğrular” kimi olsun. Başqa məsələlərdə, haşa…”

Azinforum.az bildirir ki, Rauf Arifoğlunun bu statusunu Arif Hacılının qardaşı Mustafa Hacıbəyli elə eyni prizmadan cavablandırıb: “Sənə güzgü tutublar, sadəcə. Yalanmı deyiblər? Yaxanı vermisən İlham Əliyevin əlinə, insaf edib deyiblər ki təslim olmusan. Əslində təslim olmamısan – SATILMİSAN! Niyə guzguyə baxıb özünü lezvalayirsan? Niyə güzgünü, güzgü tutanı parçalamağa çalishirsan? Gör nə günə qalmısan ki səni Araz Əlizadə, Hafiz Hacıyev müdafiə edir?! Bir bax ozünə güzgüdə. “Ogrular” əqidəsini dəyişənlərə, dostlarını yarı yolda qoyan satqınlara bilirsən nə edirlər? Məncə özün bilirsən, burda yazılası deyil…”

Çinarə Seyidova
Azinforum.az

 







Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın