Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Rasim Balayevdən mərc oyunları ilə bağlı açıqlama: “Fırıldaqdır…”

Rasim Balayevdən mərc oyunları ilə bağlı açıqlama: “Fırıldaqdır…”

“Bizə uşaqlıqdan mərc oyunlarının hamısının fırıldaq olduğunu deyiblər. Ona görə də heç vaxt lotoreya oynamağa meyilli olmamışam. Düzü, heç marağımı da çəkməyib. İndi də eyni fikirdəyəm. Düşünürəm ki, bu, fırıldaqdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.

“O vaxtlar biz gənc olanda yadıma gəlir ki, stadiona “Neftçi”nin oyunlarına gedərdik. Orda əvvəllər oyun biletlərinə maşın uduşu qoyardılar, kimin bəxti gətirsə, qazanırdı. Ancaq sonradan onu da yığışdırdılar. Təbliğata gəldikdə, Rasim Ocaqovun “Həm ziyarət həm ticarət” filmindən bir səhnəni xatırladım, Hacı İsmayılovun canlandırdığı baş rol ifaçısı şikayətlənir ki, bəs lotoreyada da uda bilmir, ancaq lotoreyada qazanmaq üçün heç lotoreya bileti almır belə. İnsanlar da beləcə bəxtlərini sınamaq üçün bu oyunları oynayırlar” – R.Balayev bildirib.

Xalq artisti qeyd edib ki, istənilən halda burada uduş halında belə itirən tərəf oyunu oynayan insanlardır: “Kiminsə uduşu zamanı da oyunların təşkilatçıları burada daha çox qazanc əldə edirlər. Yəni uduş zamanı belə burda faiz nisbətinin səksənin iyirmiyə təşkilatçıların xeyrinə olduğunu düşünürəm”.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …