Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəmiyyət / Rasim Balayev nazirin müdafiəsinə qalxdı: “Heç bir təqsiri yoxdur!“

Rasim Balayev nazirin müdafiəsinə qalxdı: “Heç bir təqsiri yoxdur!“

Artıq yanvar ayından bəri Anar Kərimov rəsmi şəkildə Mədəniyyət naziri vəzifəsini icra edir.

Bir çox məşhur Mədəniyyət naziri postundan uzaqlaşdırılan Əbülfəs Qarayevin sələfinin nazirlikdə yeniliklər etməməsindən, mədəniyyət sahəsindəki durğunluqdan gileylənir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev yeni mədəniyyət nazirinin bu qədər ittiham olunmasının əleyhinə olduğunu deyib:

“Mən yeni Mədəniyyət nazirindən şikayətlənənlərin fikri ilə razılaşmıram. Hazırki şəraitdə Mədəniyyət nazirinin heç bir təqsiri yoxdur. Çünki bütün teatrlar, kino zalları bağlı vəziyyətdədir, tədbirlərin keçirilməsinə icazə yoxdur. Anar Kərimov nə fəaliyyət göstərsin? Normal həyat tərzinə qayıdaq, sonra kiminsə fəaliyyətini dəyərləndirək. Bu dəqiqə heç üç adam bir yerə yığıla bilmir, mədəniyyət sahəsi isə kollektiv sənətdir. Rejissorlar, ssenaristlər hamısı çəkilib öz evlərinə orada yazmağa başlayıblar. Amma digərləri işləyə bilmirlər axı. Haqlı tənqidin tərəfdarı olsam da bu məsələdə mən heç kimi günahlandırmaq istəmirəm. Mövcud şərait elədir ki, hər şey sanki dondurulub, insanlar özlərinə qapılıblar. Əvvəl pandemiya oldu, sonra müharibə, sonra yenə karantin… Belə şəraitdə kimdənsə böyük işlər gözləmək olmaz. Əgər normal həyat tərzimizə qayıtsaydıq, kiminsə fəaliyyətini dəyərləndirmək olardı. Teatrların açılmasını isə mən də istəyərdim, amma bu məsələ mənim deməyimlə deyil. Buna TƏBİB qərar verir. Son günlər də yoluxma sayı yenidən artıb, xəstələr, dünyasını dəyişənlər çoxalıb, TƏBİB də buna əsasən qərar verir”.

Həmçinin oxuyun

Peyvənd olunmayanları cəza gözləyir? – Açıqlama

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa …