Ana səhifə / Cəmiyyət / Ramiz Zeynalovun qohumu şirkəti məhkəməyə verdi

Ramiz Zeynalovun qohumu şirkəti məhkəməyə verdi

“Yük Taksisi.Az” MMC (166 xidməti) “Right Solutions” MMC-ni məhkəməyə verib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə 166 xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
 
Belə ki, “Yük Taksisi.Az” daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürülüb.
 
İş hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Qeyd: “Yük Taksisi.Az” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.
 
Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda “Yük Taksisi.Az” və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …