Şənbə , İyul 20 2019
Ana səhifə / Cəmiyyət / Ramiz Tağıyev  Azərbaycan dilini təhqir edənə iş adamı barədə sərt ölçü götürülməsini tələb edir

Ramiz Tağıyev  Azərbaycan dilini təhqir edənə iş adamı barədə sərt ölçü götürülməsini tələb edir

“He­sab edi­rəm ki, hə­min adam ba­rə­də cid­di öl­çü gö­tü­rül­mə­li­dir

 

“Fa­ce­bo­ok” so­si­al şə­bə­kə­sin­də ya­zı­lan bir sta­tus rus di­li, rus­dil­li təh­sil möv­zu­su­nu ye­ni­dən gün­də­mə gə­ti­rib. So­si­al şə­bə­kə­nin ak­tiv is­ti­fa­də­çi­lə­rin­dən olan iş ada­mı Fik­rət Məm­mə­do­vun rus di­lin­də yaz­dı­ğı və bö­yük ək­sə­riy­yə­tin Azər­bay­can di­li­nin təh­qi­ri ki­mi qə­bul et­di­yi sta­tus bir­mə­na­lı qar­şı­lan­ma­yıb.
Sö­zü­ge­dən şəxs öz sta­tu­sun­da fi­kir­lə­ri­ni ni­yə rus di­lin­də çat­dır­dı­ğı­nı, Azər­bay­can di­lin­dən is­ti­fa­də et­mə­di­yi­ni açıq­la­ma­ğa ça­lı­şıb. F.Məm­mə­dov Azər­bay­can di­li­ni “küt­lə­vi yal­taq­lıq di­li” ad­lan­dı­rıb, bu dil­də bö­yük bə­dii, el­mi əsər­lər ya­ra­dıl­ma­dı­ğı­nı de­yib. Söz­süz ki, bu sta­tu­sa rəy­lər də müx­tə­lif və da­ha çox aq­res­siv olub. Rəy ya­zan­lar ara­sın­da ki­fa­yət qə­dər ta­nın­mış jur­na­list­lər, qə­ləm adam­la­rı da yer alıb.

Azər­bay­can di­li­nə be­lə bir mü­na­si­bə­tin bil­di­ril­mə­si ne­cə qar­şı­la­na bi­lər?

Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, hə­min qal­ma­qal­lı ya­zı ilə o da ta­nış­dır: “Mən çox tə­əs­süf et­dim. Ha­zır­da və­ziy­yət elə­dir ki, öl­kə­nin ak­tiv in­san­la­rı­nın ço­xu “Fa­ce­bo­ok”dan is­ti­fa­də edir. Hət­ta di­gər po­pul­yar şə­bə­kə is­ti­fa­də­çi­lə­ri­nin də sa­yı gü­nü-gün­dən ar­tır. Bu­nu ni­yə xa­tır­la­dı­ram? Elə adam­lar var bu­na bir za­ra­fat ki­mi də ba­xır və zənn edir ki, so­si­al şə­bə­kə­lər­də is­tə­di­yi fik­ri ya­za bi­lər. Am­ma də­rin­dən ya­nı­lır­lar. Çün­ki be­lə şə­bə­kə­lər ic­ti­mai rə­yi for­ma­laş­dı­ra bi­lir. Ha­zır­da siz jur­na­list­lər han­sı­sa ta­nın­mış ada­mın yaz­dı­ğı bir sta­tu­su dər­hal cid­di KİV-də xə­bər ki­mi təq­dim edə bi­lir­si­niz. De­di­yi­niz ha­di­sə­də ol­du­ğu ki­mi. F.Məm­mə­dov ad­da ada­mın yaz­dı­ğı bir mə­su­liy­yət­siz ya­zı ha­zır­da mü­za­ki­rə möv­zu­su­na çev­ri­lib. Mən hə­min ya­zı­nı oxu­dum. Be­lə ada­ma bir ad ve­rə bi­lə­rəm ki, o tam man­qurt­la­şıb. İn­san bir ne­çə dil bi­lər. Bu­ra­da nə­sə qə­ba­hət yox­dur. An­caq bu­nun fo­nun­da öz doğ­ma ana di­li­ni bə­yən­mə­mə­yə, hət­ta onu küt­lə qar­şı­sın­da təh­qir­lə­rə mə­ruz qoy­ma­ğa baş­qa ad da ve­rə bil­mə­rəm. Azər­bay­can di­li xal­qın qur­du­ğu döv­lə­tin rəs­mi di­li­dir. Bu həm də bi­zim döv­lə­tin va­cib at­ri­bu­tu sa­yı­lır. Heç ki­mə haqq ve­ril­mir ki, onu F.Məm­mə­do­vun et­di­yi for­ma­da təh­qir et­sin. He­sab edi­rəm ki, hə­min adam ba­rə­də cid­di öl­çü gö­tü­rül­mə­li­dir. İn­san ha­ki­miy­yə­tə mü­xa­lif ola bi­lər, an­caq döv­lə­tə məx­sus olan də­yər­lə­ri, at­ri­but­la­rı təh­qir et­mək ci­na­yət­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

 

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın