Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Ramiz Rövşən, Anar, Rafiq Əliyevlə edilən söhbətləri mütləq çəkmək lazımdır, çünki…”- Ramiz Həsənoğlu

“Ramiz Rövşən, Anar, Rafiq Əliyevlə edilən söhbətləri mütləq çəkmək lazımdır, çünki…”- Ramiz Həsənoğlu

“Ramiz Rövşən, Anarla olan söhbətləri həvəslə  çəkərdim. Bu söhbətlər gələcəkdə film üçün əla materiallardır”.
BunuModerator.az-a açıqlamasında Xalq artisti, rejissor Ramiz Həsənoğlu deyib. O, “çağdaş Azərbaycanda ədəbiyyatında hansı yazıçı yaradıcılığı, həyata fərqli yanaşması baxımından gələcəkdə film üçün obraz, material ola bilər?” sualına maraqlı cavab verib.
Rejissor şair  Ramiz Rövşən və yazıçı Anarla söhbətləri lentə almağın və gələcəkdə film üçün əla material olacağının vacibliyini vurğulayıb:
“Alim, bəstəkar, rəssam, yazıçı və şairlər arasında yaxın dostluq etdiyim və yaxşı tanıdığım insanlar çoxdu. Onların əksəriyyəti öz sahələrində çox peşəkar insanlardılar və yaş etibarı ilə  iki fərqli dövrü yaşayıblar – həm sovet, həm də müstəqillik illərini…
Ramiz Rövşənlə Anarın da adını ona görə çəkirəm ki, onları da çox yaxşı tanıyıram. Təbii ki, bu siyahıya bəstəkar Cavanşir Quliyevi, professor Rafiq Əliyevi və başqalarını da əlavə etməliyik. Bu kimi şəxslərlə edilən söhbətlər mütləq çəkilməlidir. İnsan ömrü çox qısadır. Ona görə də mənə elə gəlir ki, cəmiyyətimizin qaymaqları sayılan bu cür insanlarn söhbətləri tarixə köçürülsün. Mən təbii ki, yalnız bir neçə nəfərin adını çəkdim. Başqa yazıçılarımız, gözəl rəssamlarmız var, onların da adını bu siyahıya əlavə etmək olar.
Hesab edirəm ki, bu cür insanlarla edilən söhbətləri mütləq çəkmək lazımdır. Ola bilsin, gələcəkdə kimsə bəhrələnib, ondan film çəkəcək. Arzu edirəm ki, bu cür dəyərli adamlar vaxt tapsınlar, ya  mənimləmi, ya başqa biriyləmi, fərq etməz, həyatları, təcrübələri haqqında danışsnlar, dünya, həyat barəsində fikirlərini bölüşsünlər. Bu, çox vacib bir şeydi.
Bir misal çəkmək istərdim: rusların bir rejissoru var –Sakurov, o vaxtilə yazıçı Soljenitsinlə olan söhbətləri çəkdi. Daha sonra böyük yazıçı dünyasını dəyişdi. Amma Sakurov onunla apardığı söhbətlər əsasında silsilə filmlər çəkdi. Bu, çox uğurlu alındı. Bizdə də bu ənənə həyata keçirilsə, çox yaxşı olar”.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …