Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / “Ramiz Mehdiyevlə həmyaşıdıq, bir-birimizi çoxdan tanıyırıq…”

“Ramiz Mehdiyevlə həmyaşıdıq, bir-birimizi çoxdan tanıyırıq…”

Son günlər ictimaiyyətin gündəmində olan əsas məsələlərdən biri də dövlət başçısının kadr islahatları sahəsində atdığı yeni addımlardır. 
Moderator.az əməkdaşına açıqlamasında  Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov məsələyə belə münasibət bildirib:
“Əlbəttə, Prezident İlham Əliyevin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi barədəki qərarı və hökumət strukturlarında yeni kadr təyinatları əlamətdar hadisə kimi nəzərə çarpır. Və bu addımlar ölkəmizin, dövlətimizin gələcək inkişafı, xalqın rifah halının daha da yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıyır. Belə demək mümkündürsə, Azərbaycanda artıq yeni bir dövr başlanıb. Çünki  bəhs etdiyimiz  dəyişikliklər, islahatlar bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir”. 
Ayaz Mütəllibov dövlət başçısının son sərəncamlarını gənc kadrların irəli çəkilməsi baxımından da yüksək dəyərləndirib: . “Modern dünyagörüşünə malik, fəal  gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə ölkənin idarəetmə sistemində yer tutmaları  müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri kmi dəyərləndirilir”.   
“Güman edirəm ki, dövlət başçısı bundan sonra da daha cəsarətlə, ölkədəki daxili-siyasi sabitliyə güvənərək yenilik və islahatları davam etdirəcək. Bu çox məsul və çətin işdə Prezidentə uğurlar diləyirik”- deyə keçmiş prezident vurğulayıb. 
“Kadr dəyişiklikləri sırasında ictimaiyyətin  daha çox nəzərinə çarpan uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin yeni posta- AMEA prezidenti postuna təyin ollunmasıdır. Sizin buna münasibətiniz necədir?” sualını isə  sabiq dövlət başçısı belə cavablandırıb:
“Əlbəttə, bu kadr dəyişikliyi də ölkə başçısının bilavasitə təşəbbüsü, məsləhəti ilə olan bir məsələdir.  Ramiz Mehdiyevlə biz bir-birimizi çoxdan tanıyırıq. Həmyaşıdıq və hələ sovet dönəmindən bəri paralel olaraq müxtəlif rəhbər vəzifələrdə çalışmışıq. Olduqca təcrübəli və peşəkar bir kadrdır”. 
“Qeyd edim ki, Ramiz müəllim bu dəfə də kifayət qədər də məsul bir vəzifəyə təyin olunub- Azərbaycan elminin başına gətirilib. Ona  cansağlığı diləyir, növbəti vəzifə postunda yeni uğurlar diləyirik. Xalqımız üçün xeyirli-uğurlu olsun”-deyə keçmiş ölkə rəhbəri bildirib.

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …