Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb.
Manset.az xəbər verir ki, bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.
Ramiz Mehdiyev açıqlamasında Bank BTB-nin onlara aid olduğunu təsdiq edib: “Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”
O dəqiləşdirib ki, bank oğlu general Teymur Mehdiyevin yox, xanımının adınadır.
“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm”.