Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyev: “Ordumuzun nəyə qadir olduğunu düşmən hiss etdi”

Ramiz Mehdiyev: “Ordumuzun nəyə qadir olduğunu düşmən hiss etdi”

Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar son günlər özünün pik həddinə çatmışdır. Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri Silahlı Qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ermənistan-Azərbaycan təmas xəttindəki son olayları dəyərləndirərkən verdiyi geniş müsahibəsində deyib. Ramiz Mehdiyev bildirib ki, ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməklə kifayətlənməyib, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törədib:

“Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdır. Nəticədə dinc sakinlər həlak olub, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanıb, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnib, çoxlu evlər dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələri düşmən həmlələrinin qarşısını alaraq əks-zərbələrlə onu geri çəkilməyə məcbur edib, bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirib. Ermənistan silahlı qüvvələri çoxsaylı insan və texnika itkisinə məruz qalıb. Beləliklə, həm erməni təxribatının qarşısı alındı, həm də təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi, düşmən və havadarları ordumuzun gücünü və döyüş əzmini reallıqda hiss etdilər. Cənab Prezident Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbiçilərə baş çəkən zaman bildirdi ki, Azərbaycan Ordusu öz ərazisində döyüşür, doğma torpaqlarını qoruyur. Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verib və onu geri çəkilməyə məcbur edib. Azərbaycan əsgəri işğalçı erməni ordusu ilə müharibə aparır və düşməndən fərqli olaraq, biz heç zaman dinc əhaliyə qarşı vuruşmuruq. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan əsgəri qəhrəmandır”.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın