Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyev Eldar Mahmudovun atası barədə nə yazıb?

Ramiz Mehdiyev Eldar Mahmudovun atası barədə nə yazıb?

Eldar Mahmudov milli təhlükəsizlik naziri olduğu vaxtlarda hədəfə aldığı məmurlardan biri də Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev olub. Bu barədə mediada da vaxtaşırı yazılıb. PA rəhbərinin 2009-cu ildə yazdığı məqalə isə onunla Eldar Mahmudov arasındakı münasibətləri daha da kəskinləşdirib.
Söhbət Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında dərc olunmuş “İctimai və humanitar zaman” başlıqlı məqaləsindən gedir. “Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Ramiz Mehdiyev həmin məqalədə Eldar Mahmudovun atası Əhməd Mahmudovun vaxtilə hansısa kitabının nəşri ilə bağlı məsələyə görə mərhum Heydər Əliyevin qəzəbinə gəldiyini yazıb. Ramiz Mehdiyev ad çəkməsə də, bu məsələdən xəbərdar olanlar söhbətin kimdən getdiyini biliblər. Həmçinin Eldar Mahmudov da PA rəhbərinin məhz onun atasını nəzərdə tutduğunu bilib. Bu baxımdan keçmiş MTN şefinin göstərişilə yazı “yoxa” çıxarılıb.
“Azadlıq” uzun axtarışlardan sonra Eldar Mahmudovun hətta internet resurslarından da sildirdiyi məqaləni tapıb. Məqalənin həmin hissəsini təqdim edirik: “Hələ 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev respublikamızda ictimai elmlərin nümayəndələrini Azərbaycan reallıqlarına xüsusi həssaslıqla yanaşmağa çağırmış, onların tədqiqatlarına tənqidi yanaşaraq nəzər-diqqətlərini dəfələrlə belə bir məsələyə yönəltmiş və tələb etmişdi ki, ictimai elmlər öz gücünü məhz gerçəkliyin obyektiv təhlilindən almalıdır. O zamankı inkişaf meyllərini və mövcud vəziyyətin təhlilini mücərrəd nəzəriyyəçiliklə əvəz edərək iqtisadi artım tempinin sürətləndirilməsi baxımından respublikanın təcrübəsini ümumiləşdirməyə çalışan tanınmış iqtisadçı alimin kitabını Heydər Əliyevin necə kəskin tənqid etdiyini xatırlamaq yerinə düşərdi. Həmin alim köhnəlmiş iqtisadi göstəricilərdən istifadə etdiyinə görə Azərbaycanın 1970-ci illərdəki təsərrüfat-iqtisadi həyatı üçün səciyyəvi olan yüksək əmək ritminin həqiqi mənzərəsini canlandıra bilməmişdi”.
Məlumatlara görə, bu məqalənin dərcindən sonra Eldar Mahmudov nəinki yazının özünü yoxa çıxarıb, hətta Ramiz Mehdiyevin dediyi vaxtda bu barədə yazılanları da arxivdən sildirib.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın